Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zzzpa4.jpegXəzər rayonunun Şaqan qəsəbəsində fəaliyyət göstərən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olan dözülməz vəziyyət orada müalicə olunan insanların narazılığına səbəb olur.

Həmin pansionatda müalicə olunan Firuz İbrahimovun Sozcu.az-a verdiyi məlumata görə, pnsionatda 12 gün qalmalı olsa da orda olan şəraitsizlik ucbatından xəstələndiyi üçün 2 gündən sonra evlərinə getməyə məcbur olub: “Pansionatın divarları sökülüb dağılır, istilik sistemləri işləmir, orada güya müalicə olunmalı  olan əlillər  otaqlarını qızdırmaq üçün evlərindən “pletka” gətirirlər. Qanunvericiliyə görə, bu müəssisənin məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Halbu ki,  burada əlilləri daha da ağır duruma salıb, həyatlarına nifrət etməyə kökləyirlər. Siz təsəvvür edin ki, burada verilən yeməyi itə versələr bəlkə də heyvan da o yeməyi yeməz” – deyən Firuz İbrahimov pansionatda içməli su problemindən də danışıb: “Pansionatda  müalicə olunan əlillər içməli su üzünə həsrət qalıblar. Tərkibi bilinməyən, nə vaxt gətirildiyindən xəbərimiz olmayan köhnə bir quyunun suyundan içməyə məcbur olurduq. Bu cür rəftarı heç kim düşməninə də bəlkə göstərməzdir ki, biz həmin rəftarı Şağan qəsəbəsində olan Müharibə əlilləri üçün müalicə pansionatında gördük.  Azərbaycanın iqtisadiyyatının uğurlu inkişafından danışanların görəsən bu  müalicə pansionatından xəbərləri var?!”

Pansionatda liftin işləmədiyi üçün əlil arabası ilə hərəkət edən əlillərin durumunu gəlib gözləri ilə görsünlər deyən Firuz İbrahimov onu da deyib ki, “Bəlkə də küçə itləri üçün tikdikləri mərkəzlər əlillərin bu pansionatından daha yaxşıdır”.

 Firuz İbrahimov pansionatdan çəkdiyi fotoları da Sozcu.az-a göndərib, həmin fotoları təqdim edirik.

Elşən 
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zzzpan1.jpeg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zzzpan2.jpeg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zzzpa4.jpeg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zzzpa3.jpeg

Bölmənin digər xəbərləri

20 Yanvar 2017 Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı
17 Yanvar 2017 “ Filipp Kirkoryanın, Soso Pavliaşvilinin, Ramazzottinin Bakıdakı konsertlərinə əl çalan biz özümüz deyildikmi?”
09 Yanvar 2017 “Bu “informasiya” birbaşa ermənilərin mənafeyinə xidmət edir”
07 Yanvar 2017 Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq
31 Dekabr 2016 Sovet-İran sərhədi dağıdılarkən: Tarixi videolar [Video]
28 Dekabr 2016 Fəhlələrin pulunu kəsən deputatın milyonluq villası -VİDEO
26 Dekabr 2016 "Traktor Sazi" ili qələbə ilə başa vurdu
24 Dekabr 2016 “Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün sizə minnətdaram” - Marqvelaşvili
23 Dekabr 2016 İsgəndər Həmidova ağır itki üz verib
18 Dekabr 2016 İran prezidentinin Ermənistan səfərinə təpkilər artır
17 Dekabr 2016 Tramp Azərbaycanla bağlı sazişi ləğv etdi
16 Dekabr 2016 Son dəqiqə: MKİ Türkiyədən rəsmən üzr istəyib
15 Dekabr 2016 Azərbaycanın "ASAN Viza" sistemindən istifadə edəcək ölkələr açıqlanıb - SİYAHI
12 Dekabr 2016 Akif Nağı Eynulla Fətullayevə 2 gün vaxt verdi: “Erməni qancığını rədd et getsin”
10 Dekabr 2016 Güney Azərbaycana müraciət: “İran prezidentinin Ermənistana getməsinə etiraz edin”
07 Dekabr 2016 Qarabağ qazisinin evi təmir edilir -FOTOLAR
06 Dekabr 2016 Dünyanın ən böyük terror təşkilatları bunlardır - SİYAHI
05 Dekabr 2016 İran İnqilab Keşikçiləri Korpusunun 2 üzvü Suriyada öldürüldü
05 Dekabr 2016 BAO-da Ökə iqtisadiyyatı ilə bağlı diskussiya keçirildi
03 Dekabr 2016 Leyla Yunus Brüsseldə Federika Mogherini ilə görüşüb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.