Xəbər lenti

diaverezmlioba.jpgArtıq Azərbaycanda saytlara ciddi nəzarətin vaxtı çatmışdır.

Maraqlıdır ki, bu gün Azərbaycanda İran siyasi şyiəliyini, Türkiyə siyasi sünniliyini, vəhabiliyi, sələfiliyi, nurçuluğu, təkfirçiliyi, terroru müxtəlif yollarla dəstəkləyən sayatlar sərbəst fəaliyyət göstərir və bol-bol da maliyyə rıçaqları vardır. Əbəzində, nəyin şahidi oluruq: hansısa sayt rəhbəri və yaxud qəzet redaktoru rüşvətə görə həbs edildi. Bu cür adamlar da islah olunmalıdır. Amma ilk növbədə ölkənin təhlükəsizliyi önəm kəsb edir. Gədəbəy kimi qədim tarixi adı özündə daşıyan bir sayt Azərbaycan milli maraqlarına xəyanət baxımından çıxış etmişdir. Dovlat Mamedov adı altında gedən yazı başdan-ayağa cəfəngiyyat və iftiradan ibarətdir. Maraqlıdır ki, bu saytın adı da “Gədəbəyin səsi” olsa da, onun simasını əks etdirə bilməz.. Ola bilsin ki, bu insanların tarixdən xəbəri yoxdur. Çünki hər bir rayonun icra başçısı özünü təbliğ etmək üçün bir sayt yartadırmışdır. Bununla da özlərini sanki prezident kimi görürlər. Bunlar başa düşmürlər ki, sayta qoyulan yazılara nəzarət olmalıdır. Çünki yazılan hər hansı bir yazı ölkə təhlükəsizliyinə qarşı da yönələ bilər. Bizi maraqlandıran budur ki, bu saytın rəhbərləri Gədəbəy kimi böyük bir rayonda bir tarixçiyə müraciət etməmişlər. Mən orada nə qədər desənis istedalı tarixçilər tanıyıram. Görün bu sayt nə yazır:

"Gedebeyin SESİ"

GƏDƏBƏYİN TARİXİNDƏN...

Iran şahı Gədəbəyi erməni Ohon bəyə bağışladı... 1696-inci ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, Gədəbəyi əhalisi ilə birgə Osman Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilərdə ona çatır". 
Bütöv Azərbaycan Ocaqları təşkilatının idelogiya üzrə Başkan müavini olaraq üzümü Dövlət Təhlükəsizlik Xidmətinə  tutaraq Bütöv Azərbaycanın vətənpərvərləri adından bu saytın fəaliyyətinin yoxlanılmasını tövsiyyə edirəm. Bu "informasiya" birbaşa ermənilərin mənafeyinə xidmət edir.

Birincisi, o zaman Naxçıvanda erməni yox idi. Orada yaşayan xristian albanlar olublar. İkinsisi, o zaman İran adlı dövlət dünya xərtisənində olmayıbdır. O zaman Azərbaycan Səfəvilər dövlət adlı bir Türk dövləti olubdur. Bu yazını yazan da səfəvilərə nifrətini ortaya qoyur. Bu adam qanmır ki, Azərbaycan Səfəfi dövləti olmasaydı, bu günki Bütöv Azərbaycan coğrafiyası olmayacaqdı. İran adı isə 1935-ci ildən ingilis-rus-fars işbirliyi nəticəsində ortaya çıxıbdır. Üçünsü isə, Gədəbəy camaatı bu fikrə etiraz etməlidir. Bu insan Azərbaycanın bu tarixi ərazisinə özünün məzhəbi baxımından yanaşmışdır. Bu isə qəbuledilməzdir. Bu yazı ermənilərin dəyirmanına birbaşa su tökür. Dördüncüsü isə, qardaş Türkiyə ilə Azərbaycan arasına nifaq salınmasına xidmət edir. Bu adamın mənbələrdən xəbəri yoxdur və bu mənada yazdığının məsuliyyətini daşımalıdır. Bu adam həmin məktubu hansı mənbədən götürmüşdür?-onu yazsın...

Biz Bütöv Azərbaycan Ocaqları olaraq bütün vətənpərvər saytları bu cür yazılar dərc edən saytlara qarşı mübarizəyə çağırırıq. Azərbaycan özünün özəl keyfiyyətləri ilə xüsusi seçilən bir ölkədir. Bu ərazilərdə min illərlə çoxluq təşkil edən türklərlə, digər xalqlar çiyin-çiyinə yaşamışlar. O zaman hansısa ərazinin kiməsə bağışlanmasından söhbət gedə bilməzdi. Onda o zaman bu dövlətin ərazilərindən heç nə qala bilməzdi. Dövlətin bəylərbəylikləri var idi. Həmin ərazilərə onlar nəzarət edirdi. Dövlət töyücüsünün kiməsə bağılnamsı isə mümkün deyildi. Biz bu cür yazılara qarşı kəskin olmalıyıq! Bizə ötürülən Vətən adlı əmanəti göz bəbəyi qorumalı və uğrunda hər zaman döyüşə hazır olmalıyıq!

Dilavər Əzimli, Bütöv Azərbaycan Ocaqları başqanının ideoloji məsələlər üzrə müavini, tarixçi alim. 

Sozcu.az

Bölmənin digər xəbərləri

17 Fevral 2017 Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini ağır cərimələdi
13 Fevral 2017 Qubad İbadoğlu: ”12 nazirlik saxlanılmalıdır”
09 Fevral 2017 Manatın bahalaşması nə qədər davam edəcək?
08 Fevral 2017 Hökümətin MSŞT Koalisiyasına müdaxiləsi iflasa uğradı…
23 Yanvar 2017 Məcburi köçkünlər üçün aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalanıb –VİDEO
20 Yanvar 2017 Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı
17 Yanvar 2017 “ Filipp Kirkoryanın, Soso Pavliaşvilinin, Ramazzottinin Bakıdakı konsertlərinə əl çalan biz özümüz deyildikmi?”
11 Yanvar 2017 Müharibə əlilləri üçün pansionatda acınacaqlı durum -FOTOLAR
07 Yanvar 2017 Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq
31 Dekabr 2016 Sovet-İran sərhədi dağıdılarkən: Tarixi videolar [Video]
28 Dekabr 2016 Fəhlələrin pulunu kəsən deputatın milyonluq villası -VİDEO
24 Dekabr 2016 “Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün sizə minnətdaram” - Marqvelaşvili
23 Dekabr 2016 İsgəndər Həmidova ağır itki üz verib
18 Dekabr 2016 İran prezidentinin Ermənistan səfərinə təpkilər artır
17 Dekabr 2016 Tramp Azərbaycanla bağlı sazişi ləğv etdi
16 Dekabr 2016 Son dəqiqə: MKİ Türkiyədən rəsmən üzr istəyib
15 Dekabr 2016 Azərbaycanın "ASAN Viza" sistemindən istifadə edəcək ölkələr açıqlanıb - SİYAHI
12 Dekabr 2016 Akif Nağı Eynulla Fətullayevə 2 gün vaxt verdi: “Erməni qancığını rədd et getsin”
10 Dekabr 2016 Güney Azərbaycana müraciət: “İran prezidentinin Ermənistana getməsinə etiraz edin”
07 Dekabr 2016 Qarabağ qazisinin evi təmir edilir -FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.