Xəbər lenti

ruhaniermen.jpg
İranın dini liderinin nümayəndəsi Axund Seyid Mehdinin İsrailin baş nazirinin Azərbaycana səfəri zamanı dövlətimizin daxili işlərinə qarışaraq vətəndaşlarımızı Netanyahunun səfərinə etiraz etməyə çağırması bir mənalı qarşılanmadı. Bunun qarşılığında Tanınmış tarixçi Alim Dilavər Əzimli  özünün "Facebook" səhifəsində yazaraq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfərinə etiraz etməyə səslədi. Əldə etdiyimiz məlumata görə, İran İslam Cümhuriyyətinin prezidenti Həsən Ruhani dekabrın 21-də region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi adı ilə  Ermənistana səfər edəcək. Sozcu.az saytı Azərbaycanın tanınmış ziyalılarının Güney Azərbaycan türklərinə müraciət edərək Ruhaninin Ermənistan səfərinə mane olmaq üçün çağırış etməsinin lazım olub-olmaması haqqında  Bütöv Azərbaycan ideologiyası daşıyıcısı olan təşkilatların funksionerlərinin  münasibətlərini öyrənib.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zekasa.jpg
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının müavini Zəka Sahib İran Prezidentinin Ermənistana səfərinə etiraz etməsi üçün ölkəmizin ziyalılarının Cənubi Azərbaycanda olan soydaşlarımıza müraciət etmələrinin vacib bir iş olduğunu deyib:
“İsrailin baş nazirinin Azərbaycana səfəri öncəsi İranın hansısa ayətullahının Azərbaycanın siyasətinə müdaxilə edərək çağrışlar etməsi ölkəmizin daxilinə işinə qarışmaqdır, İran hər zaman bu ayətullahların dili ilə Azərbaycan dövlətinin  siyasətinə müdaxilə etməyə çalışıbdır.  Azərbaycan İsraillə münasibətilərini davam etdirməsi normal haldır. İsrail İrandan fərqli olaraq ölkəmizin işğal olunmuş əraziləri məsələsində hər zaman ədalətli mövqe ortaya qoyaraq Xocalı soyqrımının tanınmasında Azərbaycana dəstək olub. Bütün bu məsələlərdə isə İran Ermənistana iqtisadi – siyasi dəstəyini gün-gündən artırıb. İsraillə Azərbaycanın əməkdaşlığı hazırda hərbi sahədə geniş inkşaf etməkdədir. Bu isə bizim üçün çox önəmlidir, çünki Azərbaycan İsraildən aldığı silahlarla özünün tarixi torpağlarını işgaldan azad etməyi düşünür. İsraili qətliamda suçlayan İran özü Suriyada müsəlmanların başına bomba yağdır. İran prezidentinin müsalman torpağını işğal edən, müsalman qız gəlinlərinə təcavüz edən,  Allahın evləri sayılan məsçidlərimizi təhqir edən terrorçu Ermənistana səfəri İranın növbəti dəfə anti-islam mövqeinin ortaya qoymasının sübutudur.  Mən hesab edirəm ki, nüfuzlu ziyalılarımız Güney Azərbaycan Türklərinə müraciət edərək Həsən Ruhaninin terrorçi Ermənistana səfərinin qarşısının alınması  üçün çağırış etmələri doğru addım olmaqla yanaşı, Fars şovnizminə ciddi xəbərdarlıq olar. Mən həm də Azərbaycandakı şiə qardaşlarımıza səslənirəm ki,  siz ədalətin tərəfində olun, İrandan gələn fitnələrə uymayın. Əgər Xamneyi haqqı ədalətli önəmli hesab edirsə İranin Ermənistanla əlaqələrinə aydınlıq gətirməlidir, axi o, özünü şiələri rəhbəri hesab edir. Bu şəxs nece islam rəhbəridirki Xocalıda körpə yavruların qatili olan terrorçularla ölkəsinin əməkdaşlığına göz yumur. Məsələyə vicdanla yanaşsaq görərik İran özü hazirda millətlər həbsxanasıdır. Mən də öz növbəmdə İranda olan soydaşlarımızı   Ruhanin Ermənistana səfərinə qarşı təpki verməyə səsləyirəm”.  

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_vusalefendiii7.jpg
Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının (BAMT) idarə heyyətinin üzvü Vüsal Əfəndi "Əli qanlı birinin əlini sıxıb sonra da o əllərlə səcdəyə gedənlər nə qədər günah etdiklərinin fərqindədirlərmi?” deyərək münasibət bildirib: “Birinci növbədə buna həm İranda, həm də Azərbaycanda yaşayan müsəlman qardaşlarımız etiraz etməlidirlər. Bu gün Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin demək olar ki, hamısı XX əsrin faciəsi olan Xocalı soyqırımının bir başa iştirakçıları olublar. Bu gün Xocalıda şəhid olan insanların hələ də qanı qurumayıb. Əsrin faciəsi olan Xocalı soyqırımını törədənlərlə hər səfərində qol boyun olan İran rəsmiləri unudurlar ki, əslində bununla Azərbaycanda olan şiə müsəlmanlarına növbəti zərbəni vururlar. Unutmamalıdırlar ki, Xocalıda qətlə yetirilənlər həm də şiə müsəlmanları olublar. Bu qətliyamın bir başa iştirakçısı isə onların qol boyun olduqları ermənilərdir. Əli qanlı birinin əlini sıxıb sonra da o əllərlə səcdəyə gedənlər nə qədər günah etdiklərinin fərqindədirlərmi? İran öz əməllərini bu günki Azərbaycan hakimiyyətinin əməlləri ilə müqayisə etməyə çalışır. Amma bir şeyi unudur ki, adının önündə İslam olan bir respublikanın özünü kiminləsə deyil bu adın yaradıcısının əməlləri ilə müqayisə etməlidir. Bu yerdə istərəm bir hədislə fikirlərimə davam edim. Bu hədis həm də bu gün İranın əməllərinə haqq qazandırmağa çalışan mömin qardaşlarımıza bir xatırlatma olar. Ola bilər hədisin hansısa bir yerində yanlışlığa yol verim öncədən buna görə  üzrxahlığımı bildirirəm. Bir qadının Peyğəmbərimizi görməyə gözü yox idi. Hər gün Peyğəmbərimiz bu qadının eyvanının altından keçməli olurdu. Qadın gün ərzində topladığı zibili yuxarıdan onun başına tökürdü. Peyğəmbərimiz isə bir dəfə də olsun başını qaldırıb ona güldən ağır söz deməmişdi. Bir gün eyvanın altından keçən Peyğəmbərimiz başına zibilin atılmadığını görür. Ətrafdakı qonşulardan qadını soruşanda, qadının möhkəm xəstələndiyini eşidir. “Gedim ona dəyim” deyəndə qonşuların, “axı o qadın həmişə sizin başınıza zibil tökürdü siz istə onu ziyarət etmək istəyirsiniz” deməsinə, Peyğəmbərimiz, “o pisliyindən qalmırsa, mən niyə yaxşılığımdan qalmıyım?”  deyərək münasibət bildirmişdi. Peyğəmbərimizin bu əməlindən sonra qadın ona iman gətirmişdi. Bax budur İslamda siyasət!  İran bu gün adının önünə İslam yazdırıbsa Peyğəmbərimizin siyasəti ilə hərəkət etməlidir. Hakimiyyətlər gəldi gedərdi, amma xalqlar arasında salınan nifaq əbədi qalacaq. Bu gün bu nifaqı İran salır. Buna əgər həm İranda, həm də Azərbaycanda yaşayan müsəlman qardaşlarımız etiraz etmirsə, təbii ki bu etiraz hər zaman olduğu kimi bu dəfə də Güneydə mücadilə verən soydaşlarımızın üzərinə düşür.

Anar Rəsul
 
 
 

Bölmənin digər xəbərləri

23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
05 May 2017 İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
29 Aprel 2017 KXCP-də fəalları partiyadan niyə çıxardırlar?
24 Aprel 2017 Bütöv Azərbaycan Gənclər Günü qeyd edilib
17 Aprel 2017 Ermənilər Qarabağda yallı gedib Pasxa bayram keçirdilər
12 Aprel 2017 Jurnlisti döyən polis zabiti haqqında niyə ölçü götürülmür?
22 Mart 2017 Gürcüstan azərbaycanlı müxalifətçini deportasiya edir
12 Mart 2017 "Aslan neferler" adlı qrupdan Hollandiyaya zərbə
02 Mart 2017 Həbsdə olan jurnalist; "Mübarizəmiz hələ yeni başlayır"
21 Fevral 2017 Siyasilər Mehriban Əliyevanın təyinatına münasibət bildirdi
21 Fevral 2017 Dini icmalardan dünyaya Xocalı müraciəti
19 Fevral 2017 Xocalı soyqırımı Ankarada olan Rus Mədəniyyət Mərkəzində yad edilib
17 Fevral 2017 Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini ağır cərimələdi
13 Fevral 2017 Qubad İbadoğlu: ”12 nazirlik saxlanılmalıdır”
09 Fevral 2017 Manatın bahalaşması nə qədər davam edəcək?
08 Fevral 2017 Hökümətin MSŞT Koalisiyasına müdaxiləsi iflasa uğradı…
20 Yanvar 2017 Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı
11 Yanvar 2017 Müharibə əlilləri üçün pansionatda acınacaqlı durum -FOTOLAR
07 Yanvar 2017 Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.