Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_dilaver.jpg
“Azərbaycanın güneyinə müraciət edirik ki, İran prezidentinin Ermənistana görüşə getməsinə etiraz etsinlər. Çünki bu müsəlmançılığa sığmır”

Sozcu.az xəbər verir ki, bu sözləri Tarixçi alim Dilavər Əzimli İranın dini liderinin nümayəndəsi Axund Seyid Mehdinin İsrailin baş nazirinin Azərbaycana səfərinə mane olmaq haqqında etdiyi çağırışa cavab olaraq özünün səhifəsində yazaraq deyib:

İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi dekabrın 9-da qılınan cümə namazı xütbələrində çıxış edərkən deyib ki, Azərbaycan Respublikası müsəlmanlarını gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini “cinayətkar” adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi deyib ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir: “Əlləri müsəlmanlarının qanına bələnmiş bu kimi cinayətkarları qarşılamaq, onların törətdiyi cinayətlərdə şərik olmaq və Allah qarşısında durmaqdır. Allah, müsəlmanları yəhud qövmü ilə oturub durmaqdan və onlara etimad göstərməkdən çəkindirib. İmam Hüseynin “Aşura” günündəki devizi bu olub: Dininiz yoxdursa, heç olmasa azad insan olun. Elə buna görə də hesab edirəm ki, Azərbaycan müsəlmanları bu məsələni nəzərə alaraq Netanyahunun Bakıya gəlişinin qarşısını alacaqlar”.

Bu informasiyanı oxuyandan sonra bu mollaya yerini göstərməliyik. Əslində, bizim Dini qurumlar buna reaksiya verməlidirlər. Azərbaycanın daxili işlərinə qarışan bu molla bizə hətta çağırışlar edir. Görün bunu kim deyir? Ermənistan kimi faşist dövlətin əlini sıxan, onu iqtisadi cəhətdən xilas edən və Ermənistanı özlərinin doğması sayan bir dövlətin Qərbi Azərbaycan üzrə nümayəndəsi! Buna deyən lazımdır ki, ay molla nə təhər olur, sənin prezidentin bu tayda olan qardaşının torpağını işğal edən, Xocalını yerlə-yeksan edən, neçə-neçə rayonu işğal edən, qocaları, körpələri qanına qəltan edən bir dövlətin qatil başçısı ilə görüşə gedir və sən də ona etiraz etmirsən. İndi bizə ağıl öyrədirsən? Onda biz də Azərbaycanın güneyinə müraciət edirik ki, İran prezidentinin Ermənistana görüşə getməsinə etiraz etsinlər. Çünki bu müsəlmançılığa sığmır. Allah da bunu bağışlamaz! "Aşura" gününü misal gətirib, İmam Hüseyn(ə)in adına ləkə yaxmayın! İmam Hüseyn (ə)ə biət edən bir dövlət Ermənistan kimi faşist dövlətin yanında olmaz! Sizin bu mənada dini münasibətləriniz də yalnız siyasi konyukturaya xidmət edir. Bu mənada bizə ağıl öyrətməyin və "Aşura" adından saxtakarcasına istifadə etməyin! Allah adından yalan danışmaq ən böyük günahdır! 

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.