Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_111qaeer.jpg
Sozcu.az
saytının gündəmə gətirdiyi Qarabağ qazisi Təhməz Həbilovun yaşadığı ev təmir edilir.

Ağdaş rayonunun Qaraoğlan kənd sakini olan Qarabağ qazisi Təhməz Həbibovun yaşadığı ev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş Rayon Şöbəsi tərəfindən təmir edilir. Bu barədə Sozcu.az-a Qarababağ Azadlıq Təşkilatının (QAT) Ali Məclis üzvü Elşən Əlisoy məlumat verərək bildirib: "Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının tapşırığı ilə Ağdaş rayonunun Qaraoğlan kəndində yaşayan Qarabağ qazisi Təhməz Həbilovun mənzil məsələsinin həll edilib-edilməməsi ilə bağlı Sozcu.az saytının əməkdaşı Anar Rəsullu ilə birlikdə Ağdaş rayonuna getdik. Ağdaş Rayon İcra Hakimiyyətində Hümanitar məsələlərlə əlaqəli olan şöbənin müdiri Qalib Həsənovla görüşüb Qarabağ qazisi Təhməz Həbibovun vəziyyətini çatdırdıq.  Qalib Həsənov Qarabağ qazisinin evində təmir işləri aparıldığını deyərək onu da bildirdi ki, qazi üçün yeni mənzil də tikilir, yaxın günlərdə onun ailəsi yeni mənzilə köçəcəklər.”

Elşən Əlisoyun bildiridiyinə görə, İcra hakimiyyətinin əməkdaşının Qarabağ qazisinə yeni mənzil tikilməsi ilə bağlı dediyi söz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon şöbəsinin müdiri Xürrəm Şirinov tərəfindən təkzib edildi: “ İcra hakimiyyətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon şöbəsinə gedərək idarənin müdiri Xürrəm Şirinovla görüşdük. Şörüş əsnasında Qarabağ qazisi üçün tikilən mənzilin nə vaxt hazır olduğunu soruşduqda idarə müdiri ,Təhməz Həbilovun mənzil növbəsinin hələ çatmadığını deyərək onda bu haqda dəqiq məlumatın olmadığını və həmin ailə üçün mənzilin tikilmədiyini bildirdi.  Bununla belə Xürrəm Şirinov Qarabağ əlilinin mənzilinin təmiri ilə bağlı əlindən gələni edəcəyini dedi.

Bundan sonra Təhməz Həbilovla görüdüklərini bildiriən Elşən Əlisoyun dediyinə görə qazinin ailəsi onlara yeni mənzil veriləcəyi günü gözləyirlər: “ Mənzilinin təmiri üçün əməyi olan hər kəsə təşəkkür edən Təhməz Həbilov  hazırda Ağdaş rayonunda şəhid ailələri və Qarabağ qaziləri üçün tikilən mənzillərdən onun ailəsinə də verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova müraciət etdiyini bildirərək, müraciətinin müsbət nəticələnəcəyinə ümid etdiyini bildirdi”.

Anar Rəsullu

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_222qae.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_444qqaaee.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_111qae.jpg

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.