Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_baoqubad.jpg
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi-analitik Klubunun (SAK) təşkilatçılığı ilə “Ölkə iqtisadiyyatının bu günü və sabahı”mövzusunda növbəti diskussiya keçirildi.

“Feysbuk” kanalında canlı yayımlanan tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Sonra bir müddət öncə İranın Semnan əyalətində sərnişin qatarlarının qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olmuş  soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tanınmış iqtisadçı və ictimai-siyasi xadim, “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”nın və “İqtisadi Tədqiqatlar Mərkəzi”nin sədri, ABŞ-ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin professoru Qubad İbadoğlumövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, faktlar və rəqəmlərlə  Azərbaycan iqtisadiyyatının hazırkı durumunun nə qədər ağır olduğunu göstərdi: “Neftdən ən çox gəlir 2011-ci ildə götürülüb –   19 mld. dollar. 2016-cı ildə bu gəlir 7 mld.-a yaxındır. Gələn il daha az olacağı gözlənilir. Azərbaycan iqtisadiyyatında gəlirlərin azalması ilə əlaqədar ötən illərə nisbətən xərclər də artıb. Bu qurulmuş infrastruktura göstərilən daimi xidmətlərlə bağlıdır. İndiyə qədər regionlara 50 mld. dollara yaxın vəsait qoyulub. Amma bu gün büdcədə regionlardan gələn gəlirin payı cəmi 3 faizdir. Rəsmi məlumatlara görə cari ildə 50 minə yaxın insan öz işini itirib. Dünya təcrübəsi isə göstərir ki, işsizliyin artması cəmiyyətdə cinayətkarlığın artmasına səbəb olur. 2016-cı ildə gözlənilən islahatlar aparılmadı. Formal da olsa aparılan islahatlar isə bəzən biri-birinə tamamı ilə zidd xarakterdə olub. Mənim son hesablamalarıma görə Azərbaycanda gizli iqtisadiyyat 46 faiz təşkil edir.”.

Məruzəçi növbəti il üçün öz proqnozlarını da dedi: “2017-ci ilin büdcəsi də neftdən asılı olacaq. Belə ki, burada neft sektorunun payı 49.2 faizdir. Bütün bunlar göstərir ki, 2017-ci il çətin il olacaq.  Hesablamalara görə hazırda neftin bir bareli 110 dollar olmalıdır ki, 2013-cü ildəki gəlirləri əldə etmək mümkün olsun. Bu isə mümkün deyil. Kommunal xidmətlərin qiymətinin artırılması böhranı daha da gərginləşdirəcək. Növbəti ildə də manatın dəyərdən düşməsi qaçılmazdır. Cəmiyyətdən ciddi müqavimət olmadıqca hakimiyyət bu siyasətini daha rahat şəkildə davam etdirir. İqtisadiyyatımızı böhrandan çıxarmaqçün xarici kapitala yox, Azərbaycan insanına güvənmək lazımdır. Ən böyük qüvvə məhz Azərbaycan insanıdır.”

Q.İbadoğlu həmçinin başçılıq etdiyi qurumun dövlətə islahatlar paketi hazırlayıb təqdim etdiyini, lakin dövlətin başqa bir ABŞ qurumundan böyük məbləğdə pul müqabilində islahatlar paketini qəbul etdiyini dedi.

Daha sonra tədbir iştirakçılarından Südabə Babazadə, Bəxtiyar Tuncay, Dilavər Əzimli, Cavanşir Beydullayev, Elvin Abdulla və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

Bölmənin digər xəbərləri

24 Aprel 2017 Bütöv Azərbaycan Gənclər Günü qeyd edilib
17 Aprel 2017 Ermənilər Qarabağda yallı gedib Pasxa bayram keçirdilər
12 Aprel 2017 Jurnlisti döyən polis zabiti haqqında niyə ölçü götürülmür?
22 Mart 2017 Gürcüstan azərbaycanlı müxalifətçini deportasiya edir
12 Mart 2017 "Aslan neferler" adlı qrupdan Hollandiyaya zərbə
02 Mart 2017 Həbsdə olan jurnalist; "Mübarizəmiz hələ yeni başlayır"
21 Fevral 2017 Siyasilər Mehriban Əliyevanın təyinatına münasibət bildirdi
21 Fevral 2017 Dini icmalardan dünyaya Xocalı müraciəti
19 Fevral 2017 Xocalı soyqırımı Ankarada olan Rus Mədəniyyət Mərkəzində yad edilib
17 Fevral 2017 Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini ağır cərimələdi
13 Fevral 2017 Qubad İbadoğlu: ”12 nazirlik saxlanılmalıdır”
09 Fevral 2017 Manatın bahalaşması nə qədər davam edəcək?
08 Fevral 2017 Hökümətin MSŞT Koalisiyasına müdaxiləsi iflasa uğradı…
23 Yanvar 2017 Məcburi köçkünlər üçün aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalanıb –VİDEO
20 Yanvar 2017 Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı
17 Yanvar 2017 “ Filipp Kirkoryanın, Soso Pavliaşvilinin, Ramazzottinin Bakıdakı konsertlərinə əl çalan biz özümüz deyildikmi?”
11 Yanvar 2017 Müharibə əlilləri üçün pansionatda acınacaqlı durum -FOTOLAR
09 Yanvar 2017 “Bu “informasiya” birbaşa ermənilərin mənafeyinə xidmət edir”
07 Yanvar 2017 Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq
31 Dekabr 2016 Sovet-İran sərhədi dağıdılarkən: Tarixi videolar [Video]
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.