Xəbər lenti

agdasqaz1.PNG
QAT sədri Akif Nağı Qarabağ müharibəsində hər iki ayağını itirmiş Ağdaş rayon sakini Təhməz Həbibovun ağır vəziyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova və Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimova müraciət edib.

Sozcu.az-ın verdiyi xəbərə görə, müraciətdə göstərilir: Ağdaş rayonu Qaraoğlan kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Həbibov Təhməz Bayram oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Təhməz Həbibov Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşub, dəfələrlə yaralanıb, ayağının hər ikisini müharibədə itirib, indi heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. İki oğlu var, əmək qabiliyyətlidirlər, amma iş tapa bilmirlər. Təhməz Həbibovun kənddə yaşadığı ev qəza vəziyyətindədir, yağış, qar nə yağırsa, başlarına düşür, ev hər an uça bilər. Vaxtilə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maşın verilib, bu gün o maşın da yararsız vəziyyətdədir. Vətən yolunda sağlamlığını, ayaqlarını itirən bir şəxsin bu cür ağır, dəhşətli vəziyyəti Allaha da, bəndəyə də xoş getməz. Ona köməklik göstərmək ən böyük savab iş olar, köməklik etsəniz çox böyük savab qazanarsınız. Xahiş edirik ki, Təhməz Həbibova əlinizdən gələn köməkliyi göstərərsiniz. Xahiş edirik ki, Qarabağ əlilinə ev verilməsi, yeni ev verilənədək evinin təmir olunması, övladlarının işlə təmin olunması üçün təşəbbüs edəsiniz. Əlil Qarabağ döyüşçüsünün özünün və evinin vəziyyətini əks etdirən şəkilləri Sizə göstəririk.

Xatırladaq ki, Noyabr ayının 29-da Sozcu.az saytı çətin durumda olan Qarabağ qazimizin yaşadığı Qaraoğlan kəndinə gedərək reportaj hazırlayıb. Sozcu.az saytı olaraq Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya problemə diqqət yetirdiyi üçün təşəkkür edirik. 

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.