Xəbər lenti

2sayli.PNG
Yararsız halda olan məktəbdə telekanal çəkiliş aparıb, təmir olacaqmı?

Ağsu şəhərində fəaliyyət göstərən yararsız məktəbin probleminə Sozcu.az saytı “işıq saldıqdan” sonra məsələ ictimailəşib. S.Umbayev adına 2 saylı tam orta məktəbdə artıq “ARB TV” çəkiliş aparıb və problemə bir daha diqqət çəkib. Bu barədə Sozcu.az-a məktəbin şagirdləri məlumat verərək təşəkkürlərini də bildiriblər. Valideynlər və məktəblilər məsələ ictimailəşdikdən sonra məktəbin təmir ediləcəyinə ümid etdiklərini də bildiriblər.

Qeyd edək ki, məktəbin bərbad vəziyyətdə olması haqqında bir qrup valideyn bir neçə gün əvvəl Sozcu.az-a yazaraq şikayət ediblər. Şikayət edən valideynlər bildiriblər ki, dəfələrlə bu haqda rayon təhsil şöbəsinə müraciət etsələr də, məktəbdə vəziyyət hələ də dözülməz olaraq qalmaqdadır. Övladlarının sinif otaqlarında başlarına yağış yağmaması üçün, çətirlə oturduqlarını deyən şikayətçi valideynlər bildiriblər ki, uzun illərdir məktəb tam yararsız haldadır. Sinif otaqları bərbad vəziyyətdə olmaqla yanaşı, yağan yağışlar nəticəsində sinif və dəhlizlərdə gölməçələr yaranır.

Bildirilib ki, qış olduqda, vəziyyət daha da gərginləşir. Məktəbdə istilik sistemi olmadığı üçün, valideynlər uşaqlara sinifdə yandırmaq üçün odun doğrayıb verirlər. Məktəbin elektrik xəttləri də normal deyil, qızdırıcı avadanlıqlar qoşmaq olmur. Sinif otaqlarının pəncərələrinə məktəblilər soyuğun qarşısını almaq üçün “karton” parçaları vurublar. Valideynlər bildiriblər ki, bu günə qədər ölkənin təhsil müəssisələrinin inkafı üçün kifayət qədər vəsaitlər ayrılsa da, Ağsu rayon məktəblərinə ayrılan vəsaitlərin kimlərin ciblərinə getdiyi bilinmir. “Artıq bizim övladlarımızı məktəbdən çıxartmaqdan başqa çarəmiz qalmayıb. Məktəbin müəllimləri də durumdan çox narahatdırlar. Biz övladlarımızın ağır xəstəliklərə tutulmasından narahatıq”,- deyə valideynlər vurğulayıblar. Şikayət edən valideynlər məktəbi əsir düşərgəsi ilə də müqayisə ediblər.

Sozcu.az

 

Bölmənin digər xəbərləri

23 May 2017 Nisəxanım Vəliyeva:”Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir”
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
05 May 2017 İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
29 Aprel 2017 KXCP-də fəalları partiyadan niyə çıxardırlar?
24 Aprel 2017 Bütöv Azərbaycan Gənclər Günü qeyd edilib
17 Aprel 2017 Ermənilər Qarabağda yallı gedib Pasxa bayram keçirdilər
12 Aprel 2017 Jurnlisti döyən polis zabiti haqqında niyə ölçü götürülmür?
22 Mart 2017 Gürcüstan azərbaycanlı müxalifətçini deportasiya edir
12 Mart 2017 "Aslan neferler" adlı qrupdan Hollandiyaya zərbə
02 Mart 2017 Həbsdə olan jurnalist; "Mübarizəmiz hələ yeni başlayır"
21 Fevral 2017 Siyasilər Mehriban Əliyevanın təyinatına münasibət bildirdi
21 Fevral 2017 Dini icmalardan dünyaya Xocalı müraciəti
19 Fevral 2017 Xocalı soyqırımı Ankarada olan Rus Mədəniyyət Mərkəzində yad edilib
17 Fevral 2017 Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini ağır cərimələdi
13 Fevral 2017 Qubad İbadoğlu: ”12 nazirlik saxlanılmalıdır”
09 Fevral 2017 Manatın bahalaşması nə qədər davam edəcək?
08 Fevral 2017 Hökümətin MSŞT Koalisiyasına müdaxiləsi iflasa uğradı…
20 Yanvar 2017 Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı
11 Yanvar 2017 Müharibə əlilləri üçün pansionatda acınacaqlı durum -FOTOLAR
07 Yanvar 2017 Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.