Xəbər lenti

qubadibad.jpg
Azərbaycanda 12 nazirlik saxlanılmalı, bundan sonra 7 nazirlik də ləğv edilməlidir.

Ardını oxu...

pul1.jpgUzun müddətdir ki, manatdan yazmıram, bu barədə yazılanları oxuyaraq, son prosesləri izləməklə nə baş verdiyini dəyərləndirməyə çalışıram. Görünən odur ki, bir müddət öncə sərbəst üzən məzənnəyə keçid görüntüsü yaradılsa da, çox keçmədi ki, bundan da bəzi məqsədlər üçün istifadə olundu. Manatı sürətlə ucuzlaşdırıb, dolları baha satanlar istədiklərinə nail olduqdan sonra əks proseslərə rəvac verməyə başladılar. Əslində bu proses sərbəst bazarda müstəqil iştirakçıların tələb və təkliflərinin tarazlığı şəraitində müşahidə olunsaydı, onu yalnız alqışlamaq olardı. Lakin, son 1 ayda baş verənlər bütövlükdə iqtisadiyyatın deyil, ayrılıqda maliyyə-bank sahəsini idarə edənlərin şəxsi və korporativ maraqlarına xidmət etdi.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_medes5.jpg
Oktay Gülaliyev, hüquq müdafiəçisi 

Ardını oxu...

20yanvar.PNG

1990-cı il 20 yanvar- Azərbaycan xalqının çətin, gərgin, ağır sınaqlara çəkildiyi və bu imtahandan üz ağlığı ilə çıxdığı, Azərbaycanı qan gölünə çevirən qanlı-acımasız sovet ordusuna qarşı yalın əllə çıxaraq müstəmləkə buxovlarını qırmağa başladığı, rus imperiyasının törətdiyi növbəti faciəni Qəhrəmanlıq salnaməsinə çevirdiyi, dövlət müstəqilliyimizin bərpasının təməl daşının qoyulduğu gün.

Bu qanlı gecədə Bakının Qaradağ rayonu ərazində minlərlə adam yola çıxaraq yüzlərlə tank və digər zirehli hərbi texnikanın səhər açılana kimi şəhərə qərbdən girişini gecikdirməklə bir çox faciənin qarşısını ala bildilər. Yol üstündəki Ələt, Qobustan, Sanqaçal, Sahil, Müşfiqabad qəsəbə sakinləri zirehli hərbi texnikanın Bakıya girşinin qarşısını almaqda mütəşəkkil fəaliyyət göstərməklə bərabər həmdə KQB təxribatlarına imkan vermədilər. Xüsusiylə Sahil qəsəbəsi əhalisi ərazidəki iki körpüdən ustalıqla istifadə edərək zirehli taxnikanı saatlarla gecikdirə bildilər. Nəticədə Qaradağdan-Azad Allahverdi oğlu Rzayev-torpaqlarımızı bir daha vətənə çevirilməsi, dövlətimizin bir daha müstəqilliyə qovuşması üçün canlarını fəda edən 20 yanvar şəhidlərinə qovuşdu. Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı. Allah şəhidlərimizin ruhunu şad etsin. Milətimizin başı sağ olsun

O demir çenberi göğsünde kırıp parçaladın;
Sen ki, rûhunla beraber gezer ecrâmı adın;
Sen ki, a'sâra gömülsen taşacaksın...Heyhât,
Sana gelmez bu ufuklar, seni almaz bu cihât...
Ey şehîd oğlu şehîd, isteme benden makber,
Sana âgûşunu açmış duruyor Peygamber. 

Bəybala Əbil,  KXCP Ali Məclisinin sədri

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zzzpa4.jpegXəzər rayonunun Şaqan qəsəbəsində fəaliyyət göstərən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olan dözülməz vəziyyət orada müalicə olunan insanların narazılığına səbəb olur.

Ardını oxu...

tehsilnaz.jpgBu il yanvarın 10-11-də ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçiriləcək.

Ardını oxu...

isgenderhemidovv.jpg
Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan, İstiqlalçı Millət Vəkili, Milli hakimiyyətimizin Daxili İşlər Naziri İsgəndər Həmidovun həyat yoldaşı Rəna Xanım Həmidova, bu gün səhərə yaxın uzun sürən xəstəlikdən vəfat edib.

Ardını oxu...

ruhaniermen.jpg
İranın dini liderinin nümayəndəsi Axund Seyid Mehdinin İsrailin baş nazirinin Azərbaycana səfəri zamanı dövlətimizin daxili işlərinə qarışaraq vətəndaşlarımızı Netanyahunun səfərinə etiraz etməyə çağırması bir mənalı qarşılanmadı. Bunun qarşılığında Tanınmış tarixçi Alim Dilavər Əzimli  özünün "Facebook" səhifəsində yazaraq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfərinə etiraz etməyə səslədi. Əldə etdiyimiz məlumata görə, İran İslam Cümhuriyyətinin prezidenti Həsən Ruhani dekabrın 21-də region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi adı ilə  Ermənistana səfər edəcək. Sozcu.az saytı Azərbaycanın tanınmış ziyalılarının Güney Azərbaycan türklərinə müraciət edərək Ruhaninin Ermənistan səfərinə mane olmaq üçün çağırış etməsinin lazım olub-olmaması haqqında  Bütöv Azərbaycan ideologiyası daşıyıcısı olan təşkilatların funksionerlərinin  münasibətlərini öyrənib.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_tramp87.jpg
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu "The Trump Organization" Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandakı layihə barəsində analoji addım planlaşdırır.

Ardını oxu...

 b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_sinn55.jpgABŞ-ın Mərkəzi  Kəşfiyyat İdarəsi(MKİ)Türkiyədən rəsmi şəkildə üzr istəyib.

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.