Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_putinilham.jpg
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib. Rusiya prezidenti Vladimir Putin ilə Qarabağ münaqişəsini də müzakirə etdiyini bildirən Türkiyə Cümhuriyyətinin prezidenti qeyd edib ki, Putin münaqişənin həllinə inanmır:"Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur. Biz həmin qərarların icra olunması barədə müzakirələr apardıq. Bu məsələyə Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”.

Prezidentlərin görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvaya işgüzar səfəri, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfəri onu göstərir ki, Dağlıq Qarabağla bağlı çox ciddi siyaysi oyunlar başlanılıb.
akifnagi.jpg
Məsələ ilə bağlı Sozcu.az-ın suallarını cavablandıran tanınmış ictimai-siyasi xadimlər "5 rayon" məsələsinin Azərbaycanın maraqlarına uyğun olmadığını bildiriblər.

Qarabağın Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağ bildirdi ki, 5 rayonun qaytarılması mövzusu Qarabağın itirilməsi deməkdir:” Biz dəfələrlə demişik ki,ümumiyyətlə işğal olunmuş rayonlar tam olaraq Azərbaycana qaytarılmalıdır.Rayonların hissə-hissə qaytarılması Azərbaycan üçün məqbul deyil.Azərbaycanın mövqeyi belədir ki,həm Dağlıq Qarabağ.həm də Dağlıq Qarabağ ətrafındakı işğal edulmiş rayonlar Azərbaycana qaytarılmalıdır.Çünki,hissə-hissə qaytarmaq o deməkdir ki,geridə qalan ərazilərdənAzərbaycan əlini üzməlidir.Tutaq ki,bu 5 rayon Azərbaycana qaytarılsa,Dağlıq Qarabağ, Kəlbəcər və Laçın itiriləcəkdir.Bu 5 rayonla bağlı razılaşma olarsa ciddi sənədlərlə qəbul edilmiş olacaq və o sənədə də qarantiya olacaq dövlətlər-Rusiya, ABŞ, Fransa, beynəlxalq təşkilatlar-ondan sonra da
Dağlıq Qarabağdakl “qondarma rejim”, adın nə qoyurlarsa qoysunlar, beynəlxalq hüququn subyektinə çevriləcəkdir. Bundan sonra Azərbaycam situasiyanı heç cürə dəyişə bilməyəcək və bizim mövqeyimizi müdafiəçisi olan Türkiyənin də əlinə əsas verəcək ki,Ermənistanla sərhədləri açaraq münasibətləri normallaşdırsln.Bundan sonra da Qarabağın işğal altında olan əraziləri yaddan çıxarılacaq.Digər tərəfdən mən onu da qeyd edim ki,ermənilərin Azərbaycana bir rayonu belə qaytarmaq fikirləri yoxudr.Rusiya da bu mövqedə deyil . Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın da açıqlamasında bu məsələ aydınlığı ilə ortaya qoyuldu. Rusiyanın müəyyən ekspertləri artıq məsələnin həll edildiyini də qeyd edirdilər. 5 rayon qayrtarılır və s. Ancaq ola bilsin ki, Ərdoğan bu məsələni bilərəkdən ortaya qoyub . Görüşdə bu məsələ də Putin bir o qədər də ümidli görsənmədi. Belə bir ifadə də ortaya qoyuldu ki, məsələnin həll olunmamasında tərəflərin istəyinin olmaması əsas vaktlardan biridir.  Bütün bunlar onu göstərir ki, ortada real bir iş yoxdur. Sadəcə gündəmi doldururlar.

Son dövürlər Qarabağla bağlı gedən danışıqlarda əsasə 5 rayonun qaytarılması məsələsinin gündəliyə salınması məsələsinə münasibət bildirən QAT sədri dedi ki, burda məqsəd odur ki, diqqəti Azərbaycan dövlətinin hansısa radikal addımlar atmasındam çəkindirsinlər: “Belə bir görüntü yaratmağa çalışırlar ki, 5 rayon da olsa danışıqlar gedir.  Müzakirə görüntüsü yaratmaq üçün 5 rayon məsələsi ortaya atılıbdır. 5 rayon söhbəti həqiqətən varsa, demək, Qarabağda referendumun keçirilməsini tələb edirlər.  Referendumun keçirilməsi Azərbaycanın konstitusiyasına da uyğun gəlmir, maraqlarınada cavab vermir.  Həm Aərbaycanı həm Ermənistanı razı salmaq üçün bu 5 rayon söhbəti ortaya atılıbdır. 

Qarabağın “açarı”nın Rusiyada olması haqda formalaşdırılan fikrə münasibət bildirən QAT sədri bildirdi ki, belə fikirlər zaman-zaman düşünülmüş şəkildə ortaya atılıbdır: “Rusiya necə istəsə elə də olacaq kimi fikirlər ictimai rəyə məqsədyönlü şəkildə yeridilibdiir.  Ancaq burda Rusiyanın olduğu kimi ABŞ–ında, Avropanın da marağı var. Hər bir dövlətin bu məsələdə maraqları var və bu maraqları yeritməyə çalışırlar. Ən əsas da Rusiyanın marağı ciddidir.Çünki Qarabağ məsələsini Rusiya yaradıbdır və bu gün də istəyir ki, bu məsələ onun təsir imkanlarından çıxmasın.  Ancaq Azərbaycan dövlətinin və xaqlının iradəsi ortaya qoyularsa o “həll açar”ı Azərbaycanın əlindədir və Azərbaycan xalqı ortaya iradə qoyduğu təqdirdə torpaqlarını azad edəcəkdir.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_nureddinxoca.jpg

“Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca qeyd etdi ki, savaşla alınan torpaqlar, mürrəkkəblə qayıtmır: “ Mən 5 rayon məsələsinə əvvəldən rədd etməyin tərəfdarı olmuşam. Dünya hərb tarixində savaşla alınmış torpaqların mürəkkəblə qaytarılması presedenti olmayıb.5 rayon əvəzinə Qarabağa "sağ ol" deyə bilərik. Bu bir tələdir,tələdə isə pulsuz pendir 5 rayondur. 5 rayonu vermək əvəzinə Qarabağda referendum istəyirlər.Qaldı Qarabağın açarı öz əlimizdədir.Nə Putin nə də bağqa bir dövlətin. Biz hər şeyə tüpürüb, bütün itkiləri gözə alıb hücuma keçməliyik

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_oktaygulal.jpg

KXCP Ali Məclisinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev isə bildirdi ki, danışıqların adı Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması kimi təqdim olunmalıdır: “Əslində Qarabağla bağlı danışıqların adı Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması kimi təqdim olunmalıdır. Çox təssüf ki, bu hakimiyyət iqtidarda olduğu 24 il ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir fəaliyyət ortaya qoya bilmədi və aparılan danışıqlar da iflasa uğradı.Son danışıqlarla bağlı o qənaətdə deyiləm ki, hər hansısa bir irəliləyiş gözlənilir. Məsələnin həlli ilə bağlı isə xatırlayırsınızsa münaqişənin mərhələli həll variantını daha çox Ermənistan tərəfi istəyirdi. Çünki  işğalçı Ermənistan istəyir ki, bir neçə rayon qaytarılsın və bunun qarşılığında Qarabağa status əldə etsinlər. Münaqişənin mərhələli həll variantı düşünürəm ki,Ermənistanın xeyrinə həll olunan bir  məsələdir. Azərbaycan tərəfinin mövqeyi bu olmalıdır ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilsin. Bu baxımdan da 5 rayon məsələəsini ciddi qəbul etmirəm və bunu Azərbaycan üçün uğurlu bir variant kimi qəbul etmirəm. 

Dağlıq Qarabağı məsələsinin həlli Rusiyadan asılıdırmı? sualını cavablandıran Oktay Gülalıyev  Bildirdi ki, o bu cür hesab etmir: “ Mən deməzdim ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır.Ancaq Rusiyanın bu münaqişənin həll edilməməsində böyük təsir imkanları var. Rusiya Həm Ermənistan rejiminə Rusiyanın daha çox təsir imkanları var, həm də Azərbaycan hakimiyyətinin ən əsas güvəndiyi dövlət Rusiyadır. Mən düşünürəm ki. Azərbaycanda xalqın etimad etdiyi demokratik  seçki mühitində hakimiyyət formalaşarsa , Azərbaycanın qərbə inteqrasiya prosesi həyata keçirilərsə, həm ölkəmiz iqtisadi, sosial baxımdan rifahı yaxşılaşar və Azərbaycan Qafqazda təsir imkanlarını genişləndirsə Qarabağ məsələsinin Azərbaycanın maraqları çərçivəsində həllinə nail ola bilər. Mən Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inanıram və hesab edirəm ki, xalqın seçdiyi hakimiyyət bu məsələni dövlətimizin maraqları çərçivəsində həll edə bilər.
elsshhhs.jpg

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İB-nin sədri ,əslən Kəlbəcərdən olan Elşən Əlisoy hesab edir ki, danışıqlarda müzakirə obyekti bir neçə rayon yox, bütövlükdə işğal olunan torpaqlarımız olmalıdır: "Çox təəssüf ki, torpaqlarımızla bağlı bizim yerimizə başqaları müzakirə aparır. Bu keçən illər ərzində YAP hakimiyyəti Azərbaycan xalqının ümidini özündən üzüb, problemin həllinin başqalarında olduğunu, ən əsas da Qarabağın "açarı"nın Rusiyada olmasını təlqin ediblər. Hakimiyyətin bütün işləri kimi, Qarabağ siyasəti də təhlükəli və Azərbaycanın dövlət maraqlarına cavab verməyən siyasətdir. Qarabağdan kənar hansısa rayonların azad edilməsi məsələsi müzakirə edilirsə, bunu maraqlarımıza təhdid kimi başa düşürəm. Türkiyə bizim qardaşımızdır və Türkiyənin Qarabağ məsələsində vasitəçilərdən biri olmasını arzulayıram. Ancaq bu o demək deyil ki, taleyimizi bütövlükdə kimlərinsə ümidinə buraxmalıyıq. Hesab edirəm ki, Türkiyə ilə Rusiyanın tam olaraq müttəfiqliyinə mane olan səbəblərdən biri Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Heç kimə şübhəli deyil ki, bu işğalın başında duran ən böyük qüvvə məhs Rusiya olubdur. Ərdoğan çalışır ki, Azərbaycanı az da olsa razı salan bir məsələ olsun ki, Türkiyə -Rusiya dostluğuna Azərbaycandan ciddi qınaqlar olmasın. Mən ümumiyyətlə Ərdoğanın səmimiyyətinə, Rusiyanın da Azərbaycanın xeyrinə siyasət yürüdəcəyinə inanmıram. Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan dövləti özündə güc tapıb ərazilərini işğaldan azad etməlidir. 5 rayon söhbəti danışıqların mövzusu belə olmamalıdır. Ümumiyyətlə artıq boş danışıqlara son qoyub, Qarabağ uğrunda savaşa hazırlaşmaq lazımdır. Aprel döyüşləri bir daha sübut etdi ki, biz qısa bir zamanda ərazi bütövlüyümüzü təmin edə bilərik, problem nə Rusiya deyil, nə də başqası, sadəcə bir problem var, siyasi hakimiyyətin iradəsizliyi!

Anar Rəsullu 


b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_aqilmahmudovv.jpgDaha bir jurnalist həbs təhlükəsi ilə üz-üzədir.

Ardını oxu...

terrorturk.jpg
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Hali İranı Yəməndəki Husi təşkilatını raketlə təmin etməkdə ittiham edib.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rrrererererer.jpg
Elşən Əlisoy: "Ölkədə baş verən gerçək ictimai-siyasi  prosesləri gizlətmək olmaz".

Ardını oxu...

elcibeyyyttt.jpg
Oktay Gülalıyev 

Ardını oxu...

cavs.jpg
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevin verdiyi məlumata görə, Beynəlxalq Qırımızı Xaç Komitəsinin tövsiyyəsi ilə 9 saylı CÇM- də saxlanılan, 7 gün.az saytının baş redkatoru, jurnalist Cavid Şirəliyev səhhətinin ağırlaşması ilə əlaqədar Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_elsenelisoymura.jpgAzərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev cənablarına Sozcu.az saytının təsisçisi Elşən Əli oğlu Məmmədov (Əlisoy) tərəfindən

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_qehbele111.jpg
"26 Bakı komissarı"nın məzarını ziyarət edənlər var. Vətənin, xalqın çörəyini yeyib. suyunu içən, havasını udan bu şəxslər xalqımıza, ölkəmizə xəyanət və düçmənçilik edən məxluqların məzarını ziyarət edərkən nə düşünürlər, nə demək istəyirlər? Düçmənçiliyin bundan böyüyü ola bilərmi?

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehbubeene.jpg
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 66 sayli orta məktəbin ("Tərəqqi" texniki-humanitar liseyi) direktoru vəzifəsində çalışan bacısı Məhbubə Məmmədovadan şikayət səngimir.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_aaaaqqqq.jpgAqil Səmədbəyli: "Əgər Qərb dövlətləri demokratiya məsələsində belə səmimidilərsə, Azərbaycandan oğurlanıb Qərbə qaçırılan pulları Azərbaycan xalqına qaytarsınlar".

Ruslan İzzətli:"Bu qədər cinayətə və şəxsi maraqlarını qoruyan hakimiyyətin illərdi iqtidarda olması Azərbaycan xalqı üçün utancvericidir"

Əhəd Məmmədli: "Qərbli deputatları, dövlət məmurlarını pul müqabilində satın alan mövcud iqtidarla seçki öncəsi həmin Avropa yenə alver masasına oturacaq". 


Avropa mediasının Əliyev hakimiyyətinə qarşı aparılan və “Azərbaycanın pulyuyan maşını” adı verilən araşdırmalar, bununla bərabər ABŞ-ın aparıcı nəşrlərində dərc olunan yazılar Azərbaycan cəmiyyətində də çox ciddi müzakirəyə səbəb olub.

Nə baş verir? Birdən-birə bu Azərbaycan hakimiyyəti ilə bağlı araşdırmalara başlanılmasına və nüfuzlu mətbuat orqanlarında Əliyev hakimiyyəti haqqında ifşaedici yazıların dərc olunmasına səbəb nədir? Bunun Azərbaycanda 20018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqəsi varmı?

Sozcu.az saytı məsələ ilə bağlı tanınmış siyasətçilərin münasibətini öyrənib:

aqilsss4444.PNGBütöv Azərbaycan Birliyinin Rəyasət Heyətinin sədri, hazırda Türkiyədə yaşayan ictimai-siyasi xadim Aqil Səmədbəyli bildirib ki, "Demokratik dünya deyilən, əslində mənfəətlərini təmin etmək üçün milyonlarla insanın ölümünə səbəb olanlar heç zaman Türk-Müsəlman aləminə xoşbəxtlik gətirmək üçün mübarizə aparmayıb".

"Çox təəssüflə qeyd etmek lazımdır ki, Azerbaycan xalqına 1993-də Əbülfəz Elçi Bəyin hansı səbəblərdən devrildiyi, kimlərin,hansı güclərin devirdiyi siyasi partiyalar və Aydınlarımız tərəfindən ətraflı izah edilməyib. Ona görə də 24 ildir ki, qısır döngənin içində dönüb dururuq. Mən milli-demokratik düşərgənin qərb mətbuatında hakimiyət əleyhinə bircə yazıdan bu qədər ruhlanmasını təbii qəbul edirəm. Azərbaycanda olan mövcud rejimin etdiyi saysız hesabsız ədalətsizliklər fonunda bunu başa düşürəm. Ancaq yenə də təəsüflə qeyd edirəm ki, bir şey unudulur: Bəs 45 milyardın nəticəsi nə oldu? Demokratik dünya deyilən, əslində mənfəətlərini təmin etmək üçün milyonlarla insanın ölümünə səbəb olanlar heç zaman Türk-Müsalman aləminə xoşbəxtlik gətirmək üçün mübarizə aparmayıblar. Onların tək dərdi var: Sömürmək və hakim olmaq! Turqut Ozal və Əbülfəz Elçibəy niyə öldürüldü, Türkiyə və Azərbaycana demokratiya gətirmək üçünmü?

Heydər Əliyevi hakimiyyətə gətirən, arxasınca xalqımızı aşağılayıcı bir senari ilə İlham Əliyevə hakimiyyəti ötürən və bu günə qədər bu rejimi qoruyan güclər tam olaraq bilinmədikcə mübarizədə uğur qazanmaq mümkün deyil. Azərbaycan hakimiyyətiə hücumların arxasında duran niyyətin səmimiyyətinə inanmıram. Bu niyyət əsla Azərbaycana demokratiya və ya xoşbəxtlik gətirmək məqsədi daşımır. Qəti əminəm ki, yenə də Azərbaycandan nəsə qoparmaq üçün İlham Əliyevə növbəti təzyiq edilir. Məqsəd ya İlham Əliyevdən böyük pullar qoparmaq, ya da hansısa anlaşmada "yağlı" imza almaq üçündür. Qısaca ayının min oyunu bir armudun başındadır.

Qarşıdan prezident seçkiləri gəlir. Bu ərəfə də hər bi dövlət öz oyununu oynayıb mənfəət əldə etməyə çalışacaq. "Sezon" yaxınlaşır!

Üzülərək və xəyal qırıqlığı ilə qeyd etmək istəyirəm ki, böyük dövlətlərin siyasəti bazar prinsipləri əsasında işləyir. "Mənfəətimi təmin et, kimi tutursan tut, kimi asırsan as..." Qərbin fəlsəfəsində maddiyyatın öndə olduğunu unutmayaq!

Əgər qərb dövlətləri demokratiya məsələsində belə səmimidirsə, Azərbaycandan oğurlanıb qərbə qaçırılan pulları Azərbaycan xalqına qaytarsınlar".

ruslanissetli4.jpg
D18 Hərəkatının lideri Ruslan İzzətli bildirib ki, "İndiyə qədər eşitdinizmi ki, hakimiyyət Qarabağ üçün milyardlar xərcləyib lobbi qursun?"


"Əliyevin və onun komandasının ofşor zonalara pullar yerləşdirilməsi haqda illərdi dünya mətbuaı yazır. Son illər dünya mətbuatında, beynəlxalq konfranslarda Azərbaycan hakimiyyətinin müzakirə obyekti oldugun görə bilərik. Sadəcə bəziləri bu araşdırmaları beynəlxalq qurumların təzyiqi kimi təqdim etmək istəyir, sanki Azərbaycan hakimiyyəti mələkdir. Kənarda bunun "uğurlu siyasətin" bəyənməyən qüvvələr var. Bu araşdırma yazıları davam edəcək, hakimiyyətin illərdi xarici banklara, ofşor zonalara yerləşdiyi pullar, beynəlxalq təşkilatları susdurmaq üçün qurduqları lobbi siyasəti ifşa ediləcək. Çox təəssüf ki, hakimiyyət dünya mətbuatında gedən yazılara görə hesabat vermək , adı çəkilən şəxsləri istefaya göndərmək əvəzinə o yazıları erməni lobbisinin təsiri ilə yazıldığın bildirir.

Xatırladım ki, təxminən 2 il öncə Monqolustan Parlamentinin sədrinin korrupsiyada ittiham edəcək yazıları dünya mətbuatı yazırdı. Nəticə Monqolustanın spikeri istefa verdi. Azərbaycan hakimiyyətinin iki yolu var. Ya ən azı Monqolustanın Parlament sədri kimi istefa verməli, ya da daxili auditoriyanı aldatmaq üçün erməni mövzusun ortaya atmalıdılar. Təəssüf ki, hakimiyyət ikincini seçdi. Amma artıq daxili auditoriyanı da erməni lobbissi şousu ilə aldada bilməyəcəklər.  

İkinci bir məsələyə diqqət etmənizi istərdim. Hakimiyyət 2.9 milyard dollar pulu son illər hakimiyyətdə qalmaları üçün lobbi qurmağa xərcləyib. İndiyə qədər eşitdinizmi ki, hakimiyyət Qarabağ haqda milyardlar xərcləyib lobbi qursun, erməni əsirliyində olan Dilqəm və Şahbazın əsirlikdən xilası üçün milyonlar xəricləsinlər?

Bu qədər cinayətə və şəxsi maraqlarını qoruyan hakimiyyətin illərdi iqtidarda olması Azərbaycan xalqı üçün utancvericidir".

ehedmemmedlitt.jpg
AĞ Partiya Başqanının birinci müavini Əhəd Məmmədli bildirib ki, İlham Əliyev bu cür ciddi ittihamlara artıq özü məhz xalqı qarşısında izahat verməlidir.


"Əvvəla onu deyim ki, bu cür məqalələr daha əvvəl də dərc olunub və daha da böyük rəqəmlər göstərilib. Yəni bu birinci baş verən belə hal deyil. Bu rejimin oğru mahiyyətini hər kəs bilir. Maraqlı odur ki, niyə həmişə Qərb mətbuatı, dairələri bu cür açıqlamaları Azərbaycanda baş verəcək seçkilərdən əvvəl verir. Bəli bunun 2018 - ci il də keçiriləcək prezident seçkilərinə bilavasitə əlaqəsi var. Qərb hər zaman olduğu kimi seçkilər öncəsi də Azərbaycan hakimiyyətinə qarşı təsir mexanizmlərini işə salmağa başlayıb. Qərbli deputatları, dövlət məmurlarını pul müqabilində satın alan mövcud iqtidarla seçki öncəsi həmin Avropa yenə alver masasına oturacaq. Biz bu halları çox görmüşük və buna görə də bəzi müxalifət dairələrindən fərqli eyforik vəziyyətdə deyiləm. Qeyri-səmimi, başdan ayağa korrupsiyalaşmış Avropadan Azərbaycan xalqına qarşı səmimiyyət gözləmək ən azı sadəlövlükdür. Əgər müxalifət həqiqətən 2018 -ci ildə keçiriləcək prezident seçkilərində hansısa uğur qazanmaq istəyirsə, təkcə xalqa güvənməlidir, və xalqı inandırıb yanında görməlidir. Hakimiyyət isə bu cür məqalələrə cavab olaraq hər şeyi erməni lobbisinin və Sorosun üstünə atmamalıdır. İqtidarın bu cür cavabları kənardan çox bəsit görünür. Fikrimcə dövlət başçısı İlham Əliyev bu cür çox ciddi ittihamlara artıq özü məhz xalqı qarşısında cavab , izahat verməlidir. Hər bir lider üçün xalqı qarşısında ona yönəlik ittihamlara, suallara cavab, izahat vermək ayıb sayılmamamlıdır. Bunun əksi olsa ayıb sayıla bilər".

Elşən Əlisoy 

 Sozcu.az 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.