Xəbər lenti

natiqceferli.jpg“Azərbaycanda seçkilərin boykot edilməsi sadəcə, yaxasını kənara çəkməkdir”

Sozcu.az xəbər verir ki, bu fikirləri ReAl təmsilçisi Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib. O, aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini boykota çağıranların öz mövqelərini ReAl hərəkatının rəhbəri İlqar Məmmədovun həbsdə olması ilə əsaslandırmasına da münasibət bildirib.

Natiq Cəfərli bildirib ki, seçkilərin boykot edilməsi məqbul yol deyil və mənsub olduğu qurum bütün səviyyəli seçkilərdə iştirakın tərəfdarıdır:

“Bu məsələdə nəzərə alınmalı olan ciddi nüans var. Qeyd olunmalıdır ki, 2013-cü ildə İlqar Məmmədov həbs olunsa da, məhkum edilməmişdi, barəsində məhkəmə qərarı yox idi. Azərbaycan qanunvericiliyinə əsasən, məhkumluğu olmayan, barəsində məhkəmə hökmü çıxarılmayan şəxslər bütün səviyyəli seçkilərdə namizəd ola bilərlər.

Ancaq dövrdən fərqli olaraq və Avropa İnsan Haqları Məhkəməsinin iki qərarına baxmayaraq, İlqar Məmmədov hazırda məhkum statusundadır. Belə bir vəziyyətdə onun seçkilərə qatılması, namizədliyini irəli sürməsi mümkün deyil.

Bizdə dəqiq məlumat var ki, Azərbaycan hökuməti İlqarın məsələsinə dair Avropa Şurası Nazirlər Komitəsi ilə danışıqlar aparır. Əgər İlqar Məmmədov seçkilərə qədər azadlığa buraxılarsa – mən bunu mümkün sayıram – onun seçkilərə qatılmasında problem olmayacaq, ReAl hərəkatı da məmnuniyyətlə kampaniyada iştirak edəcək.

Ümumiyyətlə, bizim hərəkatın mövqeyi bundan ibarətdir ki, bütün seçkilərdə iştirak etmək vacibdir. Yəni siyasi təşkilatlar seçkilərə mütləq qatılmalıdırlar, indiki şəraitdə boykotun heç bir effekti yoxdur. Açıq deyək ki, Azərbaycanda aktiv boykotun təşkil edilməsi imkanı mövcud deyil. Azərbaycanda boykot, sadəcə, yaxasını kənara çəkməkdir. Bu da ki ən asan yoldur”.

Cəfərlinin fikrincə, boykot tərəfdarlarının bu məsələdə İlqar Məmmədovun adından istifadə etmələri anlaşılan siyasi gedişdir:

“Başqa təşkilatların boykot üçün hansı motivlərinin olduğunu deyə bilmərəm – özləri daha yaxşı izah edə bilərlər. Ancaq İlqar Məmmədovun adı keçən xəbərlərin maraq doğurduğunu nəzərə alsaq, ola bilər ki, boykot tərəfdarları onun adından istifadə etsinlər. Bunu siyasi gediş kimi başa düşmək olar. Ancaq yenə deyirəm, biz ReAl olaraq, bütün seçkilərdə iştirakın tərəfdarıyıq”.

Bölmənin digər xəbərləri

15 Fevral 2018 Əli Həsənov vaxtından əvvəl sevinib
05 Fevral 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn
30 Yanvar 2018 "Prezidentliyə namizədlər işbirliyinə gələ bilərlər" - KXCP SƏDRİ
25 Yanvar 2018 “Türkiyə və Rusiya Suriyada Amerikanın varlığına qarşı razılaşma əldə edib” –Putinin strateqindən sensasion iddialar
23 Yanvar 2018 Türkiyənin Afrin təcrübəsindən Azərbaycan Qarabağda istifadə edə bilərmi? - ŞƏRH
15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.