Xəbər lenti

mirmahmudmiraga.jpg
Müsavat seçki qərargahı yaratdı, Mirmahmud Mirəloğlunun da namizədliyi irəli sürüldü

Yanvarın 28-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. 2018-ci il prezident seçkisi və Müsavat Partiyasının fəaliyyət planı təsdiqlənib. Məclisdə Müsavat Partiyasının prezidentliyə namizədliyi irəli sürülən MSDM rəhbəri İsa Qəmbər çıxış edib. Sessiyada Müsavat Partiyasının 2018-ci il prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradılıb. Seçki qərargahının sədri vəzifəsinə MSK-nın keçmiş üzvü, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçilib.

Yanvarın 28-də KXCP-nin də Ali Məclisinin sessiyası keçirilib. Ali Məclis bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini müzakirə edib. Ali Məclis KXCP sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyini irəli sürüb.

Dünən Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Namizədliyinizin irəli sürülməsi öz təşəbbüsünüzlə oldu, yoxsa Ali Məclis üzvlərindən təşəbbüs gəldi?

- Partiyanın rəhbər strukturlarında bu məsələ gündəmə gəlib, namizədliyim irəli sürülüb, müzakirələr aparılıb. Müttəfiqlərimiz tərəfindən də bu məsələ xeyli öncə gündəmə gətirilib. Yəni namizədliyimin irəli sürülməsi təşəbbüsü özümün deyil. Dediyim kimi, öncədən təşəbbüslər olub və yanvarın 28-də Ali Məclis qərar qəbul edib, mən də razılaşmışam.

- Namizədliyinizin digər partiyalar tərəfindən dəstəklənməsi, ətrafınızda blok yaradılması üçün addımlar atmağı düşünürsünüzmü?

- Namizədlərin çox olması təcrübəsinə hər seçkidə rast gəlinir. Demokratik düşərgədən namizədlər var və yəqin ki, qarşıdakı müddətdə yenə də namizədlər irəli sürüləcək. Onlarla iş birliyi də, müzakirələr də olacaq. Əməkdaşlıq, birlik istiqamətində müzakirələr olacaq. Bu istiqamətdə gərəkən nə olacaqsa onu etməyə çalışacağıq. Ölkədə seçki mühitinin demokratikləşməsi, Seçki Məcəlləsində dəyişikliklərə nail olmaq üçün birgə müzakirələr, əməkdaşlıqlar olacaq.

- Prezidentliyə namizədlərin sayı get-gedə artır. Namizədlərin sayının çoxluğunun prosesə mənfi, yoxsa müsbət təsiri ola bilər?

- Namizədlərin özündən çox şey asılıdır. Seçkinin demokratik keçirilməsi istiqamətində, səylərin birləşdirilməsi istiqamətində namizədlər ciddi mövqe ortaya qoysalar, əməkdaşlığa gedilsə, namizədlərin sayının çoxluğunun müsbət tərəfi özünü göstər. Bəzən partiyalar, seçki qərargahları “mütləq bizim namizəd olmalıdır” kimi yanaşmalar sərgiləyirlər. Bu isə zərərlidir. Amma namizədlərin özlərinin mövqeləri daha önəmlidir. Bunu biz zamanında 2003-cü ildə də, 2013-cü ildə görmüşük. Məsələlərə doğru yanaşması olan namizədlərin çox olması problem yaratmır. Namizədlər sonda bir fikir və işbirliyinə gələ bilərlər. Ona görə də narahat olmağa əsas yoxdur. Sadəcə olaraq, bilmək lazımdır ki, atılacaq addımları zamanında atmaq lazımdır. Bülletenlər çapa veriləndən sonra atılan addım əhəmiyyətsiz olur. Öncədən daha ağıllı davrananda udan seçici və ölkə olur.

- Dünya təcrübəsi də göstərir ki, namizədlər nə qədər çox olsa belə, seçki gününə az qalmış hakimiyyətə alternativ namizədlər sırasında favorit namizədin kimliyi bəlli olur. Sizcə, builki seçkidə də namizədlərin sırasından favorit namizəd meydana çıxacaqmı ki, hakimiyyətin əsas rəqibi olaraq seçki günü mübarizə əsasən onunla hakimiyyət namizədi arasında getsin?

- Siz də xatırlatdınız ki, bu, təkcə Azərbaycan təcrübəsi deyil, dünya təcrübəsidir. Bütün seçkilərdə bu yaşanır və yenə də yaşaması mümkündür. Əslində bu cür olması daha yaxşıdır və işin daha səmərəli olmasına, daha nəticəli alınmasına xidmət eləyir. Seçkidə kim önə çıxacaqsa o da dəstəklənəcək. Burada heç bir problem yoxdur. Seçki kampaniyasına start veriləndə ədalətlə, dürüstlüklə, vicdanla, Allahla yanaşılanda nəticə də normal və ədalətli olur.

- Seçki kampaniyanızı necə quracağınız barədə düşüncələrinizdə hələ proqram şəklinə salmadığınız planlar varmı? Seçki kampaniyanızı necə quracaqsınız? Mitinqlərə üstünlük verəcəksiniz, yoxsa fərqli seçki təbliğatı aparacaqsınız?

- Seçki kampaniyası, cəmiyyətlə iş aparmaq üçün Seçki Məcəlləsinin, Konstitusiyanın imkan verdiyi nə varsa hamısından istifadə olunacaq. Planlarımızda çox şey var.

- Adətən seçkim kampaniyasında hakimiyyət heç də bütün namizədlərə eyni münasibəti sərgiləmir. Namizədlərin sırasından biri və ya bir neçəsi hədəfə alınır. Bu dəfə seçkidə özünüzü həmin hədəf olaraq görürsünüz?

- Seçkidə hakimiyyətin istifadə elədiyi metodlar zaman-zaman fərqli olub. Bəzən antitəbliğatı bir namizədin üzərində qurub onu özlərinə rəqib hesab ediblər, bəzən bütün namizədləri hədəfə alıblar. İndi necə edəcəklərsə onu da görəcəyik. Onların əvəzindən biz düşünməli deyilik. Onların imkanları da, fəndləri də genişdir. Bundan da yəqin ki, yararlanacaqlar.

Bölmənin digər xəbərləri

19 Fevral 2018 “Aleksandr Nevzorovun şərəf və ləyaqəti araq butulkasındadır”-Müqəddəs Mehdiyev
15 Fevral 2018 Əli Həsənov vaxtından əvvəl sevinib
10 Fevral 2018 "Seçkilərin boykot edilməsi məqbul yol deyil" - NATİQ CƏFƏRLİ
05 Fevral 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn
25 Yanvar 2018 “Türkiyə və Rusiya Suriyada Amerikanın varlığına qarşı razılaşma əldə edib” –Putinin strateqindən sensasion iddialar
23 Yanvar 2018 Türkiyənin Afrin təcrübəsindən Azərbaycan Qarabağda istifadə edə bilərmi? - ŞƏRH
15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.