Xəbər lenti

dugin.jpg
“Böyük Yaxın Şərq layihəsi iflasa uğrayan ABŞ-ın əlində yalnız kürd kartı qalıb”.

 Bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

ABŞ Suriyadakı məğlub vəziyyyətinə düşdüyünü deyən Duqinin sözlərinə görə, Vaşinqton Avrasiya ölkələrinin birliyini poza biləcək təxribatlara əl ata bilər.

“ABŞ Yaxın Şərqin strateji sahəsini bölgədəki bütün alətlərindən istifadə edərək qurmağa çalışdı. Bunu edərkən bir kürd dövlətinin də yaradılması planlaşdırdı. Kürdlər bu plan çərçivəsində vasitələrdən yalnız biri idi və əslində, Ərdoğan ilə Türkiyə də ABŞ-ın tərəfində idi. Lakin zaman keçdikcə, Amerika Yaxın Şərq layihəsinin həyata keçirilməsi prosesində alətlərini itirməyə başladı. Bu gün tamamilə yeni bir vizionumuz var. Rusiyanın Afrin əməliyyatına razılıq verməsi, əslində, Rusiyanın avrasiyaçılıq geosiyasətinə söykənir. Bu əməliyyatla kürdləri hədəf alınmır, Amerikanın bölgədəki planları hədəf alınır. Türkiyə və Rusiya Suriyanın şimalında Amerikanın varlığına qarşı birgə hərəkət etmə mövzusunda razılaşma əldə edib. Əsas məqsəd budur”, – rusiyalı politoloq bildirib.

Duqinin sözlərinə görə, kürdlər öz mövqeyini yenidən qiymətləndirməyə başlasalar da, bu, onlar üçün artıq çox gecdir:

“Türkiyə PKK-nı bir terrorçu təşkilat olaraq görür və bu, Türkiyə üçün bir milli təhlükəsizlik məsələsidir. Rusiya isə regionda Amerikanın hərbi mövcudluğundan narahatdır. Başqa sözlə, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşür. Buna görə də ruslar türklərin Afrinə girməsinə icazə verdilər və bu vəziyyətdən razı olmayan suriyalıları sakitləşdirdilər”.

Politoloq hesab edir ki, indi Türkiyə baxımından ABŞ ilə strateji ittifaqı pozmanın zamanıdır:

“Çünki, bu bir ziddiyyətdir. NATO-nun bir hissəsi olduğu halda onlarla döyüşə bilməzsiniz. ABŞ Münbicə görə Türkiyə ilə qarşıdurmaya girməyəcək. ABŞ-ın hərbi bazasının İncirlikdəki mövcudluğu gündəmə gəlməlidir. NATO-nu tərk etmək perspektivi qaçılmazdır. Rusiya belə bir qərarı dəstəkləyəcək və Türkiyənin strateji ortağı olacaq. Mən Amerika və Türkiyə qoşunları arasında birbaşa qarşıdurmanın olacağını düşünmürəm. Amma bundan sonra Amerikanın ciddi addımlar atacağını düşünürəm. Artıq Türkiyə üçün NATO-dan çıxmaq məsələsi gündəmə gələcəkdir və bunun baş verməsi qaçılmazdır.

Son bir neçə gün ərzində geri dönüşü olmayan addımlar atıldı. Amerikanın reaksiyası çox tez olacaq. Müharibə olacağını düşünmürəm, amma çox ciddi bir addım olacaq. Çox dramatik vəziyyətlə üzləşməyə hazır olmalıyıq. Hər yolla Rusiya, Türkiyə, İran və Suriya arasındakı ittifaqı pozmağa çalışacaqlar. Amerikalılar yüksələn geosiyasi üçbucağı – Avrasiya üçbucağını – Rusiya, Türkiyə, İran üçbucağını qəti şəkildə yox etməyə çalışacaq. Bölgədəki mühüm geosiyasi güc rolunu itiriblər. Amma meydanda Türkiyə, Rusiya və Suriya qoşunları koordinasiya şəklində mövcud olarsa və diplomatik ünsiyyət kəsilmədən davam etdirilərsə, bu oyunu poza bilərik. Baş verənlər bölgənin geosiyasi və siyasi tarixində çox dramatik anlardır”.

Publika.az
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Fevral 2018 Əli Həsənov vaxtından əvvəl sevinib
10 Fevral 2018 "Seçkilərin boykot edilməsi məqbul yol deyil" - NATİQ CƏFƏRLİ
05 Fevral 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn
30 Yanvar 2018 "Prezidentliyə namizədlər işbirliyinə gələ bilərlər" - KXCP SƏDRİ
23 Yanvar 2018 Türkiyənin Afrin təcrübəsindən Azərbaycan Qarabağda istifadə edə bilərmi? - ŞƏRH
15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.