Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_elxansahinogluu.jpg
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını Azərbaycan üçün bir nümunə kimi göstərib.

E.Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb ki, Azərbaycan da Türkiyənin bu hərbi-siyasi strategiyasından istifadə etməklə Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayıb Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi qaytara bilər:

"Türkiyə sərhəddi pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər ki, Türkiyənin cəsarəti varsa, hərbi təyyarəsi və texnikası Suriya sərhəddini pozsun. Həqiqətən, o günlərdə Türkiyə Suriya sərhəddində suyu üfürə-üfürə içirdi və bilirdi ki, Rusiya məqam axtarır ki, Türkiyənin təyyarəsini vursun və Ankaradan intiqam alaraq hesabı 1:1 etsin. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi. Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı, Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat həyata keçirə bilərdimi? Əsla! İndi Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni tam Türkiyəyə uyğun bir durumdur".

Onun sözlərinə görə, Türkiyə ordusunun Suriya ərazisindəki ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının ilyarım bundan əvvəlki ordu içindəki təxribatını da unutdurdu:

"Açıq demək lazımdır ki, 2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər Türkiyə ordusunun nüfuzuna zərbə vurdu. Lakin Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı nüfuzunu yenidən özünə qaytardı. "Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb" mifinə də axırıncı hərbi əməliyyatla son qoyuldu. Göstərildi ki, Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirəcək kifayət qədər peşəkar pilot var.

Gəlirik Dağlıq Qarabağa probleminə. Bugünlərdə ən çox eşitdiyim tezis budur: "Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda, biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat həyata keçirib işğala qon qoymayaq?" Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslar həyata keçirdi, Moskvaya, Vaşinqtona, Tehrana və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı. Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, Bakıya "hücumu dayandırın!" kimi mesaj göndərilməsin. Bunun üçün isə Türkiyədə olduğu kimi Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar".

Sozcu.az



Bölmənin digər xəbərləri

19 Fevral 2018 “Aleksandr Nevzorovun şərəf və ləyaqəti araq butulkasındadır”-Müqəddəs Mehdiyev
15 Fevral 2018 Əli Həsənov vaxtından əvvəl sevinib
10 Fevral 2018 "Seçkilərin boykot edilməsi məqbul yol deyil" - NATİQ CƏFƏRLİ
05 Fevral 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn
30 Yanvar 2018 "Prezidentliyə namizədlər işbirliyinə gələ bilərlər" - KXCP SƏDRİ
25 Yanvar 2018 “Türkiyə və Rusiya Suriyada Amerikanın varlığına qarşı razılaşma əldə edib” –Putinin strateqindən sensasion iddialar
15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.