Xəbər lenti

quds.jpg
ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq aləmdə şok effekt yaratdı. Bu qərara ən kəskin reaksiya verənlərdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu.

 Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.

Yazıda qeyd olunur ki, Türkiyə İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri olduğundan Qüdslə bağlı İstanbulda fövqəladə zirvə toplantısı çağırdı. Toplantıya Misir Prezidenti və Səudiyyə Ərəbistanı kralı qatılmadı. “Atlas” hesab edir ki, bunun iki səbəbi var:

“Birincisi, Misir və Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlərdə soyuqluq var. Ərdoğan Əbdülfəttah əs-Sisinin Misirdə hakimiyyətə çevriliş yolu ilə gəlməsini tənqid etmişdi, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı mübahisədə isə Dohanın tərəfini tutmuşdu.

İkincisi, Misir və Səudiyyə Ərəbistanının fələstinlilərə dəstək vermələrinə baxmayaraq, ABŞ-la sıx münasibətləri var. Ona görə də Misir və Səudiyyə Ərəbistanı Ərdoğanın Trampa qarşı platformasında yer almaq istəmədilər”.

Bildirilir ki, Ərdoğan ilk dəfə İstanbul sammitində Donald Trampı kəskin tənqid edirdi:

“Türkiyə Prezidenti yekun mətbuat konfransında Trampın adını bir neçə dəfə çəkərək onun Qüdsü İsrailin paytaxt kimi tanımasını sərt tənqid etdi. ABŞ-Türkiyə münasibətləri buna qədər də soyuq idi. Ancaq Ərdoğan Suriyadakı silahlı kürdlərə verdiyi dəstəyə və Fətullah Güləni Türkiyəyə ekstradisiya etmədiyinə görə Vaşinqtonu tənqid etsə də, Trampın adını çəkməzdi. Trampın Qüds qərarından sonra Ərdoğan artıq ABŞ Prezidentinin də adını mənfi mənada çəkməyə başladı. Ərdoğan Trampa müraciət edərək Qüdslə bağlı qərarını dəyişməyə çağırdı. Ancaq ABŞ Prezidenti geri addım atmayacaq, bu, Vaşinqtonun imicinə zərbə olardı. Bundan sonra Trampla Ərdoğan arasındakı münasibətlər də gərgin olacaq, onların yaxın zamanlarda görüşməsi ehtimalı azalıb”.

Azərbaycan Prezidenti İlham Əliyevin də İslam Əməkdaşlıq Təşkilatının sammitinə qatıldığını xatırladan “Atlas” qeyd edir ki, İlham Əliyev çıxışında Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını yanlış qərar adlandırıb:

“Buna baxmayaraq, rəsmi Bakı Ankara kimi İsrailə qarşı sərt mövqedən çıxış etmək istəmir. İsrail Azərbaycana silah satan iki əsas ölkədən biridir. Azərbaycan bu bazarı itirmək istəmir. Üstəlik, İsrail neftə olan tələbatının 40 faizini Azərbaycan nefti hesabına təmin edir.

Rəsmi Bakının mövqeyi belədir ki, BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilməlidir. Ancaq rəsmi Bakı İsraillə əlaqələrin kəsilməsi çağırışına qoşulmayacaq.

Digər tərəfdən, İstanbulda Qüdslə bağlı toplantının keçirilməsi Azərbaycanın siyasi dairələrində və cəmiyyətində belə bir sualı da aktuallaşdırıb: Qüdslə bağlı xüsusi toplantı keçirib Fələstini dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı BMT qətnamələrini yerinə yetirməyən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı da xüsusi bir toplantı keçirə bilərmi?

İsrail Fələstinlə bağlı, Ermənistan isə Qarabağla bağlı BMT qətnamələrini yerinə yetirmir. Heç bir fərq yoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İstanbul sammitindəki çıxışında bu fikri yenə təkrarladı: “Məscidləri dağıdan Ermənistan müsəlman dövlətlərinin dostu ola bilməz”.

Qeyd olunur ki, reallıqda isə müsəlman dövlətlərinin Ermənistanda səfirlikləri də var, müsəlman torpaqlarını işğal edən dövlətlə əməkdaşlıq da edirlər:

“Bu, ikili standartlardır. Dünyada və müsəlman ölkələri arasında ikili standartlar mövcud olduğuna görə də Azərbaycan bir neçə müsəlman ölkəsinin istəyi ilə İsraillə əməkdaşlığı son qoymayacaq. Digər tərəfdən, heç müsəlman ölkələrinin özləri arasında həmrəylik yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasnda münasibətlərdə gərginlik hökm sürür, bir sıra müsəlman ölkələrində məzhəb müharibələri davam edir. Ona görə də müsəlman ölkələri arasında fərqli maraqlar mövcuddur. Yekunda bu fərqli maraqlar islam aləminin ABŞ-a və İsrailə qarşı vahid cəbhə yaratmasına mane olur”.

Sozcu.az

Bölmənin digər xəbərləri

15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.