Xəbər lenti

erdoganesed.jpg
Türkiyənin Əsədlə bağlı mövqe dəyişikliyinə yeni hadisə kimi yanaşmaq doğru olmaz. Aparılan siyasəti bəyanatlar, açıqlamalar əsasında deyil, real addımlar və icraatlar əsasında qiymətləndirmək lazımdır
.

 Bu sözləri politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, Ankaranın mövqeyində dəyişiklik Türkiyənin Rusiya və İranla bağlı Astana formatında yer alması ilə başlayıb:

“Yəni Ankara Moskva və Tehranla üçtərəfli əməkdaşlığa daxil olanda artıq bəlli idi ki, Türkiyə Əsədin hakimiyyətdən kənarlaşdırılmasında israr etmir. Türkiyə israr edə də bilməzdi, çünki Rusiya və İran Suriya ixtilafına məhz Əsəd rejimini qorumaq və bu yolla öz regional maraqlarını gerçəkləşdirmək məqsədi ilə müdaxilə edib. Bu mənada Rusiya və İran müharibənin qalib tərəfi, Türkiyə isə məğlub tərəfidir. Ona görə də Ankaranın Əsədlə bağlı siyasətində geri addım atması qaçılmaz idi. Belə bir vəziyyətdə Əsədin iqtidardan uzaqlaşdırılmasını gündəmə gətirmək reallıqla heç bir əlaqəsi olmayan təklif olardı. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Qərb də hazırkı mərhələdə bu məsələni qaldırmır. Keçid dövrünün Əsədin qalması şərti ilə gerçəkləşməsi məsələsində az-çox həmrəylik var”.

Ş.Cəfərlinin sözlərinə görə, Suriya münaqişəsinin gəlib çatdığı indiki mərhələ Türkiyənin prioritetlərini də dəyişib:

“Savaşın ilk illərində Türkiyə hücumda olan tərəf idi, yəni Ankaranın dəstəklədiyi qruplar irəliləyirdi. Lakin İran və Rusiyanın müdaxiləsindən, eyni zamanda, ABŞ-ın prioritetlərinin dəyişməsindən sonra Türkiyə də öz siyasətini dəyişmək məcburiyyətində qaldı. Artıq Türkiyə üçün öz sərhədlərindəki terrorçu qrupları zərərsizləşdirmək və Suriyanın şimalında kürd zolağının yaranmasının qarşısını almaq əsas vəzifəyə çevrilmişdi. Türkiyə “Fərat qalxanı” əməliyyatı ilə bu vəzifəni qismən yerinə yetirdi. Hazırda Ankaranın əsas səyləri kürd zolağının yaranması, ümumilikdə Suriya kürdlərinin dövlətləşməsi cəhdlərini tamamilə ortadan qaldırmağa yönəlib. Suriyanın siyasi gələcəyi mövzusunda keçiriləcək toplantılar və görüşlərdə məhz bu məsələ Türkiyə üçün aktualdır. Ona görə də Türkiyədən Əsədlə bağlı əvvəlki mövqeyinə qayıtmağı gözləmək əbəsdir”.

Politoloq Türkiyənin Bəşər Əsəd rejimi ilə birbaşa olmasa da, dolayı təmaslara başlamasını istisna etməyib:

“Bəlkə də belə bir dolayı təmas artıq var. Məsələn, Rusiya böyük ehtimalla, Türkiyə ilə danışıqlar zamanı Əsədin də mövqeyini Ankaraya çatdırır və əksinə, Ankaranın mövqeyi barədə Əsədi məlumatlandırır”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin daha Suriya rejimini təhdid olaraq görmədiyini açıqlayıb.

“Bizim Suriya hökumətinə qarşı mənfi münasibətimiz onların bizim təyyarəni vuranda yaranmışdı. İndi isə belə hiss yoxdur. Bizim üçün əsas təhdid PYD və PKK-dır”, - M.Çavuşoğlu bildirib.
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.