Xəbər lenti

ariyequt.jpg
Azərbaycan şiə müsəlmanlarının üstünlük təşkil etdiyi, bir neçə etnik və dini cəmiyyətlərə (xristan, yəhudi və zərdüştlik) ev sahibliyi edən ölkədir. İpək Yolunun yaranmasından müasir dövrə kimi milli azlıqlara hörmət və tolerantlıq ölkənin inkişafında mühüm rol oynayıb.

 Axar.az xəbər verir ki bu sözləri “İsrail səsi” radiosunun şərhçisi, beynəlxalq münasibətlər, Cənubi Qafqaz üzrə tanınmış ekspert, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) həmsədri Ariye Qut noyabrın 20-də Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı Forumda Azərbaycan haqqında hazırladığı slayd təqdimatı zamanı deyib.

“Üç din - yəhudilik, xristianlıq və islam bu qədim torpaqda birlikdə mövcud olub. Bu ərazi dinlərə tolerantlığı ilə həmişə seçilib”, - Qut bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın 20 faiz torpağını - Qarabağı və 7 rayonunu işğal etməsindən artıq 25 ildən çox vaxt keçib:

“Bu danılmaz bir faktdır ki, Qarabağ Azərbaycanın qədim və tarixi ərazisidir. 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkündür və yurd-yuvalarından didərgin düşüblər.

Bu yaxınlarda baş verən hadisələr bir daha sübut etdi ki, Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq və Ermənistan anlamalıdır ki, Azərbaycan səbrinin də bir limiti var. Beynəlxalq hüquqa görə, Bakının yalnız özünü müdafiə etmək yox, eyni zamanda, Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etməyə hüququ var. Buna əlavə olaraq bildirim ki, bu illər ərzində Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə fikir vermədən işğal olunmuş ərazilərə hərbi qüvvə, yüzlərlə adları məlum olmayan döyüş tankları, zirehli müdafiə qurğuları, artileriya sistemləri və canlı qüvvə yerləşdirmişdir.

Keçən il aprel ayında Azərbaycan Silahlı Qüvvələri Erməni təxribatının qarşısını alarkən uğurlu əməliyyatlar nəticəsində minlərlə hektar ərazini işğaldan azad etdi. Aydındır ki, əgər BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilməsə, Cənubi Qafqaz regionunda insan tələfatı davam edəcəkdir. Dinc sakinlərin həyatını itirməsi dəhşətli bir faktdır və ürək ağrıdan xəbərlərdən biri isə azərbaycanlı azyaşlı qızın - Zəhranın Füzuli rayonunda erməni təxribatının qurbanı olmasıdır. BMT-nin çoxsaylı qətnamələri var və onlara əməl edilməlidir. Hələ də əsas məsələ bunu necə etməkdir?”

Ariye Qut qeyd edib ki, erməni siyasi hakimiyyətinin əsas məqsədi münaqişənin həllinin qarşısını almaqdır:
“Cəbhə xəttində baş verən son hadisələr bir daha təsdiq etdi ki, Ermənistan sadəcə sülhün əldə olunmasında maraqlı deyil.

Müasir dünya ictimaiyyəti faşizmin, antisemitizmin, qəddar şovinistizmin dirçəldilməsi faktına laqeyd qalmamalı və yeni formalarına qarşı çıxmağa hazır olmalıdır. Biz bu öhdəliyi yalnız yəhudi xalqına deyil, həm də eyni taleyi gözləyən digərlərinə verəcəyik. Ən dəhşətli və mənəviyyatdan kənar bir haldır ki, bəzi fundamentalist və radikal, İran kimi dövlətlər Avropa yəhudi soyqırımı haqqında karikatura müsabiqələri təşkil edir.

Digər bir fakt isə Ermənistanın Prezidenti Serj Sərkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın faşist general Qaragen Njde abidəsinin açılış mərasimində iştirak etmələridir. Tarix İkinci Dünya müharibəsində Vermaxtın bir hissəsi kimi 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmadı. Milliyyətçi komandir Dro və Njdenin başçılığı altında erməni legionunun məqsədi minlərlə yəhudini və alman ordusunun xoşuna gəlməyənləri təqib etmək və məhv etmək idi. Eyni zamanda, erməni legionu toplanma düşərgələrində ölüm yürüşləri təşkil etmişdir. Burada mənim xalqımın nümayəndələrini məhv edən faşistlərdən başqa Ermənistanın başqa qəhrəmanları yox idimi?

Avropa yəhudilərinin fəlakətinin acısı və əzabları yalnız yəhudi xalqının ağrısı deyil, qardaş Azərbaycan xalqının da ağrısıdır.

İsrailli vətəndaş kimi, yəhudi kimi, alman faşistləri tərəfindən öldürülən sovet ordusunun zabitinin nəvəsi olaraq mən Xocalıda qanlı qırğını başa düşürəm.

Bu faciənin qəddar və qanlı səhnələri əbədi olaraq Azərbaycan xalqının ürəyində qalacaq. 1992-ci il fevralın 25-də Xocalıdan çıxan yollar kəsilmiş və azərbaycanlı əhalinin etnik təmizləməsi üçün erməni qüvvələri tərəfindən blokadaya alınmışdı. Fevralın 25-i ərəfəsində Ermənistan Silahlı Qüvvələri bölgənin son yerlərini mühasirəyə almışdı.

Bu qırğın insanlığa qarşı cinayətdir. Soyqırım nəticəsində 613 nəfər həlak olub, 487 nəfər əlil qalıb, 1275 nəfər girov götürülmüş şəxs işgəncə və təhqirlərə məruz qalmışlar. Bu günə qədər 150 nəfərin taleyi naməlumdur.
Ermənistanın indiki prezidenti olan Serj Sərkisyan isə dedi ki, Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini və erməniləri mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar kimi düşünürdülər. Biz bu stereotipi qırmağı bacardıq.

İŞİD-in bu gün əsirlərə verdiyi zülmü erməni terrorçuları hələ 1992-ci ildə Xocalıda həyata keçiriblər. XX əsrin sonunda və XXI əsrin əvvəllərində minlərlə günahsız insanın öldürülməsi niyə mənəvi, siyasi və digər problemləri də daxil olmaqla, bütün toqquşmaları aradan qaldırdı? Holokost xalqımın faciəsidir. Ona görə mənim üçün Azərbaycan şəhəri Xocalıda qanlı və barbar soyqırım da mənim şəxsi ağrım və faciəmdir.
İsrail mətbuatının müxtəlif nümayəndələri ilə birlikdə, mən Xocalıda erməni əsirliyindən sağ qalmış şəxslərlə görüşdüm. İnanın ki, onların erməni barbarlığı haqqında danışdıqlarını yazmaq belə utancvericidir. Onlar bizə işgəncə izlərini göstərdilər. Sonra fərdlərlə görüşlər keçirdim, çünki onlar hamının qarşısında mətbuata açıqlama verməkdən utanırdılar.

Bu xəyalları, hekayələri, ailələri və gələcəkləri ermənilərin qanlı soyqırımının məhv etdiyi azərbaycanlıların faciəsidir.

Qurbanların yaxınları ümumi bir ağrıya sahibdirlər: insanlığa qarşı bu ağır cinayət törətmiş şəxslər beynəlxalq məhkəmə tərəfindən mühakimə olunmayıb və cəzasız qalıblar.

II Dünya müharibəsinin nəticələrindən fərqli olaraq, Xocalıda dinc azərbaycanlı vətəndaşların kütləvi şəkildə öldürülməsinin ideoloqları və icraçıları müasir Ermənistan respublikasında sərbəst yaşayırlar.

Bütün dünya yalnız Azərbaycan torpaqlarının işğalının arxasında duran ölkələrin adlarını bilir, hətta bu gün də Ermənistanın Dağlıq Qarabağ münaqişəsində status-kvonu qorumaq niyyətində olduğunu bilir. Rəsmi Bakı uzun müddət ərzində bu qənaətə gəlib ki, Ermənistanla bu münaqişənin mövcud vəziyyəti qəbuledilməzdir.
Aprel hadisələrində Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusunu sarsıdan cavabı rəsmi İrəvana bir siqnal idi: onlar başa düşdülər ki, Azərbaycan səbrinin limiti var. Əlavə olaraq, rəsmi Bakı beynəlxalq hüquq normalarına uyğun olaraq, özünü müdafiə etməklə yanaşı Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad etmək hüququna malikdir. Təəssüf ki, beynəlxalq münasibətlərin mövcud reallıqları güc faktorunun dünya səhnəsində daha effektiv fəaliyyət göstərdiyini sübut edir.

Bu gün Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Bu danılmaz faktdır ki, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin həllində aparıcı qüvvə rolunu oynayır. Azərbaycan Cənubi Qafqazda güclü orduya malikdir və hər an öz gücünü göstərmək üçün həlledici anı gözləyir.

İstənilən şəraitdə hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini qorumağa hazır olmalıdır. Aydındır ki, Cənubi Qafqaz regionundakı mövcud gərginlik Ermənistanın işğalçılıq siyasətinin və danışıqlar prosesini yenidən pozmağa cəhd etməsinin nəticəsidir. Və bu, Ermənistan rəhbərliyinin günahıdır. Mən dəfələrlə demişəm ki, Ermənistan prezidenti, ilk növbədə, çətin geosiyasi və iqtisadi bataqlıqdakı ölkə deyil, şəxsi maraqlarının qorunması və gücləndirilməsi barədə düşünür.

Təəssüf ki, Ermənistan prezidenti Sərkisyan dövlətçilik siyasətindən və dünya proseslərinə qlobal yanaşmadan məhrum olmuş terrorçudur. Bütün bu faktlar Ermənistanın qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla sülh şəraitində yaşamaq istəmədiyini bir daha sübut edir. Elə buna görə də 25 ildən artıq davam edən danışıqlarda heç bir real irəliləyiş olmayıb.

Ermənistan prezidenti yalandan vurğulayır ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb, buna görə Dağlıq Qarabağın bu dövlətin tərkibinə qatılmağa məcbur etmək ədalətsizdir.

Hər kəs bilir ki, qondarma Dağlıq Qarabağ Respublikası Ermənistan tərəfindən yaradılan separatçı terrorist oyuncaq təşkilatdır.

Əgər Ermənistan bu qondarma rejimlə bağlı addımlar atmağa davam edərsə, bu, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, danışıq prosesinə və ATƏT-in Minsk Qrupuna və həmsədrlərinə hörmətsizlikdir.
Hazırki vəziyyətdə heç kim Ermənistana müstəqil qərar qəbul etməyə imkan verməyəcəkdir. Dağlıq Qarabağın "müstəqilliyini" tanıdığı təqdirdə, Ermənistan münaqişə yaradacaq, bununla da müharibəyə gedəcək. Bu, Ermənistan Prezidenti Serj Sərkisyanın hazırkı rejiminin terrorist təbiətini bir daha sübut edəcəkdir.

Əsas sual isə beynəlxalq qaydaları pozan Sərkisyanın uşaq hərəkətlərinə dünya birlyinin nə qədər müddət sakit qalacağıdır”.
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.