Xəbər lenti

tahirkerimlii.jpg
Biri deyir ki, 1992-ci ildə parlamentdə bağıra-bağıra danışmışam, digəri vəzifəmi dondurduğumu deyir. 25 ildə etmədiyimiz elə şeyləri mənə deyiblər ki, sadəcə, susmağa çalışmışam. Müxalifət içərisində bu ittihamları udmuşam. Bütün yalanlara dözmüşəm ki, bəlkə, müxalifətin şansı oldu”.

 Sozcu.az bildirir ki, bu sözləri Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli musavat.com-a müsahibəsində son günlər ünvanına deyilən tənqidləri şərh edərkən bildirib.

Deputat deyib ki, 1993-cü ildə Ali Məhkəmənin sədri olaraq vəzifəsini dondurmayıb: “İşləmişəm, sonunda da istefa vermişəm. Onda da niyə əsəbi danışmışam? Qurduğumuz milli dövlət əldən gedirdi. Bəli, demişəm ki, elə etməyin ki, intihar edim. İnandırıram ki, siz də o vaxt yerimdə olsaydınız, eyni hərəkəti edərdiniz. Orada milyonların fikrini ifadə etmişəm”.

T.Kərimlinin sözlərinə görə, insanlar milli hökumətin getməməsi üçün ölümlərinə hazır idilər: “Müxalifətdə olduğum zamanda İsa Qəmbəri dəstəklədim. Mən də istəyirdim ki, hakimiyyətdə qalaq. Amma biz başsız qaldıq, müxalifətimiz başsız atlıya bənzədi. Rəhbərimiz Bakıdan getdi, hərə də bir kəsin arxasınca getdi. Nə üçün bizim hakimiyyət yıxıldı? 22 il mən işsiz qalmışam. Amma bunun səbəbi tək bu iqtidar olmayıb”.

Deputat vurğulayıb ki, mərhum prezident Heydər Əliyev ona iş təklif etsə də razılıq verməyib: “Bir çoxları kimi hakimiyyətimizi bərpa edəcəyimizə inanmışam. Özümüz-özümüzü işsiz qoymuşuq, ətrafımızı da. Hər şeyi qarşı tərəfə yükləmək düzgün deyil. Ümidlərimiz olub, onları da müxalifət liderləri sındırdı”.

Müxalifət düşərgəsindən olan tənqidlərə etiraz edən T. Kərimli AXCP və Müsavatı sərt tənqid edib: “AXCP iki dönəm parlamentdə oturdu. Halbuki toparlanmaq üçün şanslarımız var idi. Müsavat onları 10 il ittiham edib ki, hakimiyyətə satılmısınız. Sonra Müsavat parlamentdə 5 il oturdu, AXCP onları hədəf aldı. Nəticədə iki böyük müxalif partiya sıradan çıxdı. Nəticə göz önündədir. Yeni Azərbaycan Partiyasına alternativ ola biləcək partiya ölkədə yoxdur. Ən yaxşı halda Müsavat və AXCP bir-birilərinə alternativdir. Bu həqiqəti dərk etməliyik. Sabitliyi saxlaya biləcək partiyamız da yoxdur”.

Onun fikrincə, ölkədə 4 cür ideologiya var. Liberal ideologiya tərəfdarları Qərbdən mayalanır. Milli ideologiyanın tərəfdarları Türkiyə ilə əlaqələr qurur. Dini ideologiyanın təmsilçiləri İranla əlaqələrə üstünlük verirlər. Sosialist ideologiyanın tərəfdarları isə Rusiya ilə əlaqələr qururlar: “Azərbaycanda hətta siyasi dairələrin gözləri belə başqa ölkələrdədir. Belə olan vəziyyətdə millətin toparlanıb milli mübarizə aparmaq imkanları yoxdur”.

T.Kərimlinin sözlərinə görə, Azərbaycanda da korrupsiya, mənfi hallar var: “Bu halları aradan qaldıracaq təşkilat, lider, güc varmı müxalifət cəbhəsində? İndiki hakimiyyət ən azından Suriyadan ölkəmizə dağıntıların keçməsinə imkan verməyib. Mən zərurətdən sabitliyi müdafiə edirəm. Çünki demokratik qaydada hakimiyyəti əvəzləyəcək siyasi qurum yoxdur. Belə bir güc ortaya qoysunlar, bir deputat, partiya kimi öncəliklə onları mən müdafiə edəcəm. Niyə özümüzü aldatmalıyıq? İnsanlar artıq yaxşı və ya pis insanlar axtarmırlar”.
Millət vəkili Avropa Şurası haqda fikirlərinin təhrif edildiyini söyləyib.Bundan əlavə "İsmayıllı məhbuslarının"azad edilməsinə çalışdığını qeyd edib: "Allah İlqar Məmmədov da daxil, İsmayıllı məhbuslarının qapısını açsın. İsmayıllıdan elə məhbuslar var ki, Avropanın heç xəbəri yoxdur. Onların azadlığı üçün çalışıram. Ümid edirəm ki, yeni ildə əfv verilsə, onlar da azad olunarlar. Mənim Avropa Şurası ilə bağlı dediklərimdə təhrif olunmalar var. Məsələn, mən deməmişəm ki, Avropa Şurası üzvləri əxlaqsızdır. Sevinc Osmanqızının səhifəsində, “Azadlıq” qəzetinin səhifəsində şəklimlə bu fikirlərim paylaşılıb. İnsanlar da fikirlərimlə tanış olmadan ağızlarına gələni yazırlar. Mən Avropa Şurasından çıxma məsələsini qoymamışam. Əksinə, Avropa Şurası daxil, beynəlxalq qurumlarla əməkdaşlığın tərəfdarıyam. Məsələ bu cür qoyulub ki, əgər beynəlxalq qurum qərarları icra etmədiyimizə görə bizi çıxarmaq istəsə, o zaman biz özümüz oradan çıxsaq, daha məsləhətli olar. Bir evə qonaq gedirsən, əgər səni orada sevmirlərsə, üzüsulu oradan getməyin daha yaxşıdır, nəinki səni oradan qovsunlar. Bildiyimiz qədəri ilə İlqar Məmmədovla bağlı noyabrın axırına qədər vaxt verilib. Görünür Azərbaycanın məsələsi müzakirə olunacaq. Avropa Şurasının müsbət tələbləri ilə yanaşı mənfi tələbləri də qarşımızda var. Unutmayaq ki, Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir. Biz Avropa Şurasına daxil olanda partiya sədri kimi yazılı rəy vermişəm ki, onların bəzi tələbləri ilə razı deyiləm. Bunlardan biri ermənilərə qarşı zor işlətməmək, digəri isə cinsi azlıqların hüquqlarının təmin olunması ilə bağlıdır. Qarabağla bağlı Avropa Şurası sözdən başqa heç nə etməyib."
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
23 Sentyabr 2017 Millət vəkili: “Bakıda erməni deputatların başına araq butulkası çırpsaydılar, ürəyimdən tikan çıxardı...”
18 Sentyabr 2017 “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA
15 Sentyabr 2017 Jirinovskidən Türkiyəyə təhdid:“Ağrı dağını Ermənistana qaytaracağıq”
07 Sentyabr 2017 "Təəssüf ki, müxalifət qüvvələri bu gedişata sağlam münasibət bəsləmirlər" - VİP sədri
06 Sentyabr 2017 Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?
25 Avqust 2017 "Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı."
16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
12 Avqust 2017 Mənasız yerə idmanımıza "Köçəri quşlar" gətiririk -FAZİL MUSTAFA
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
04 Avqust 2017 "Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb" - POLİTOLOQ
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
14 İyul 2017 "Müxalifətdəkilərin övladları bu millətə fəxarət gətirib" - ƏLİ ƏLİYEV
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.