Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_ilkerbasbug.jpg
Mən Amerika-Türkiyə münasibətlərində viza prosedurunun dayandırılması addımını gözləmirdim. Bizim hökumət də bunu gözləmirdi. Vaşinqtondakı səfirimizə öncədən belə addım atılacağı haqda informasiya verilməyib.

 Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahın sabiq rəisi, ordu generalı İlkər Başbuğ CNN telekanalına deyib.

General xatırladıb ki, viza böhranı İstanbulda ABŞ konsulluğunda işləyən bir türk vətəndaşının hüquq-mühafizə orqanları tərəfindən FETÖ iddiası əsasında həbsindən sonra baş verib:

“ABŞ-ın Ankaradakı səfiri viza böhranından danışarkən deyir ki, “son zamanlar yaşanan hadisələr” buna səbəb olub. Son zamanlar yaşanan olaylar geniş məfhumdur. Bu ifadə işlədilərkən son zamanlar baş verən digər hadisələr də nəzərdə tutulurmu?

Ankaradakı ABŞ səfirliyinin açıqlamasında qeyd edilir ki, "son zamanlar baş verən hadisələr" ABŞ missiyasını özünün təsis və personalının təhlükəsizliyi ilə bağlı məsələləri yenidən qiymətləndirmək məcburiyyətində qoyub. Bununla sanki verdikləri qərar 4 oktyabrda konsulluq əməkdaşının həbsi ilə əlaqələndirilir. Ancaq paralel olaraq ABŞ-Türkiyə arasında müəyyən problemlər də var. Məsələn, Rza Zərrab böhranı, eləcə də prezident Ərdoğanın mühafizəçiləri barədə ABŞ-da qəbul edilən qərarlar... Təbii ki, Fətullah Gülən məsələsi də var.

Digər bir hadisə isə medianın diqqətini çəkmədi. Tramp hakimiyyətə gələndə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Filinn haqqında araşdırma açılıb. Onun Türkiyədən pul aldığı və lobbiçiliklə məşğul olduğuna dair fikirlər var. Bu da gündəmdə olan məsələdir.

Üstəlik ABŞ-ın YPG-yə silah verməsi, Əl-Mansur deyilən İŞİD nümayəndəsinin Türkiyədə olduğu iddiası irəli sürülüb. ABŞ bu şəxsi Türkiyədən istəyir. Onun Türkiyədə olub-olmadığını biz bilmirik.

Eyni zamanda Türkiyə-Rusiya münasibətləri amili də qeyd edilməlidir. Yəni cavabsız suallar çoxdur. Bu mənada viza böhranı konsulluq əməkdaşının həbsindən qaynaqlanır, yoxsa münasibələrdə yaranan anlaşılmazlığın bir nöqtəsidir? Bunu mən bilmirəm.

Bunları qoyaq bir kənara. ABŞ dövləti tərəfindən həyata keçirilən viza qadağası haqda qərarda birbaşa hədəfə alınan türk millətinin özüdür”.

İlkər Başbuğ deyib ki, dövlət və hökumətlər arasında problem və anlaşılmazlıqlar ola bilər: “Bu halda türk millətinin nə günahı var? Siz burada bir millətin səyahət, ticarət, təhsil hüququnun qarşısını alırsınız. Bu, inanılmaz hadisədir, kiçik hadisə deyil.

Siz hansı əsasla türk millətini bütövlükdə hədəfə alırsınız, bir sıra istiqamətlərdə azadlığına əlindən alırsınız? Mən bunu başa düşməkdə çətinlik çəkirəm. Bu, bizi millət olaraq narahat edir və incidir”.

Yaşanan böhranı dövlətlər arası münasibətlər sistemi çərçivəsində qiymətləndirən general bildirib ki, Türkiyə NATO ölkəsidir: “Bizim ABŞ-la münasibətlərimizin fərqli tarixçəsi var. Bu münasibət 1952-ci ildən başlayır. Koreya savaşı, NATO-ya üzvülük məsələsi kimi mərhələlərdən keçib. Biz az qala 60-70 ildir müttəfiq dövlətlərik. Siz günün birində durub NATO müttəfiqi olan bir ölkəni hansı ölkələrlə bir sıraya qoyursunuz?

Mən deyim! Yəmənlə, Sudanla, Somali, Suriya, İran və Liviya ilə. Bu, biabırçılıqdır. Mən arzu edərdim ki, qısa zamanda ABŞ dövləti bu səhvini aradan qaldırsın. Çünki bu qısa zaman münasibətlərimizə pis təsir edə bilər.

Əlbəttə, Türkiyə-Amerika münasibətləri stabil deyil, bu münasibətlərin daim eniş-qalxış mərhələləri olub. Məsələn, 1974-ci ildə Kıbrıs hərəkatı zamanı ABŞ ordumuza qarşı silah sanksiyası tətbiq etdi. Yaxın keçmişimizdə - 2003-cü ildə ciddi hadisələr baş verdi, əsgər başına torba keçirildi. Ancaq biz iki milləti qarşı-qarşı gətirəcək hadisələri 2017-c ilin oktyabrına qədər müşahidə etmədik. Oktyabrın 7-də heç kim bilməzdi ki, belə bir vəziyyət yaranacaq. Bu mənada son hadisə gerçəkdən ən pis durumdur. ABŞ hökumətləri son 60 ildə Türkiyəyə bu qədər təzyiq etməyib. Kıbrıs hərəkatı zamanı sadəcə sanksiya tətbiq edib kənarda durmaqla kifayətləndi”.

General qeyd edib ki, bütün bunları hansısa planın bir hissəsi olaraq görmək istəmir: “Təvəqqi edirəm ki, belə bir şey olmasın. Düzü, mən bu haqda hər hansı informasiyaya sahib deyiləm. Mən yaşanan son hadisəni uzun vədəli bir prosesin başlanğıc nöqtəsi olmamasını cani-dildən arzu edirəm. Türkiyə-Amerika münasibətləri enişli-yoxuşlu mərhələlərlə müşayiət edilsə də, həm də keçmişi olan köklü bir münasibətlərdir”.

İlkər Başbuğ sonda deyib ki, ABŞ tərəfinin bu addımına qarşı bu ayın sonunda Çikaqo ştatına planlaşdırdığı səfəri təxirə salıb: “Çikaqo ştatında Türk-Amerika Mədəniyyət Təşkilatı fəaliyyət göstərir. Bu qurum məni oktyabrın 29-da öz tədbirinə dəvət etdi. Mən dəvəti alandan sonra proqrama baxdım və onlara iştirak edəcəyimi bildirdim. Hazırda mənim ABŞ vizam var, yəni viza almamaq kimi bir problemim yoxdur. Ancaq Türkiyə dövlətinin birbaşa vətəndaşına qarşı qəbul edilən bu qərar fonunda oktyabrın 29-da ABŞ səfərimi təxirə saldım. Hesab edirəm ki, belə durumda ABŞ-a səfər edə bilmərəm. Bu addımla ABŞ tərəfinin bu qərarına etiraz edirəm.

ABŞ-ın qısa müddətdə bu səhvi düzəltməsini arzu edirəm. Nəzərə almaq lazımdır ki, millətlər azaddır, toplumların şərəf və ləyaqəti ciddi məsələdir. Bu dəyərlərlə oynamaq olmaz. Biz nə müstəqilliyimizi, nə də şərəf və ləyqətimizə qarşı hərəkətləri qəbul etmərik”.

Sozcu.az

Bölmənin digər xəbərləri

15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
23 Sentyabr 2017 Millət vəkili: “Bakıda erməni deputatların başına araq butulkası çırpsaydılar, ürəyimdən tikan çıxardı...”
18 Sentyabr 2017 “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA
15 Sentyabr 2017 Jirinovskidən Türkiyəyə təhdid:“Ağrı dağını Ermənistana qaytaracağıq”
07 Sentyabr 2017 "Təəssüf ki, müxalifət qüvvələri bu gedişata sağlam münasibət bəsləmirlər" - VİP sədri
06 Sentyabr 2017 Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?
25 Avqust 2017 "Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı."
16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
12 Avqust 2017 Mənasız yerə idmanımıza "Köçəri quşlar" gətiririk -FAZİL MUSTAFA
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
04 Avqust 2017 "Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb" - POLİTOLOQ
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
14 İyul 2017 "Müxalifətdəkilərin övladları bu millətə fəxarət gətirib" - ƏLİ ƏLİYEV
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.