Xəbər lenti

elieliyevv.jpgƏli Əliyev: "Özümüzü aldatmayaq, bizi əhatə edən siyasi coğrafiyaya Azərbaycandakı ədalətli proseslər maraqlı deyil".

Dünyanın ən nüfuzlu qəzetlərindən biri olan "The Guardian"ın Azərbaycan hakimiyyətinin "pul yuma" əməliyyatı haqda yazdığı yazı və Qərb mətbuatının Əliyev hakimiyyətinə yönəlik ittihamları dünyanın diqqətini Azərbaycana yönəldib. Avropalı siyasətçiləri ələ almaq məqsədi ilə çirkli yollarla ölkədən çıxarıldığı yazılan 2,9 milyard dollarlıq vəsaitin bu gün üzə çıxarılmasında Avropanın marağı nədir?

Maraqlıdır, bu günə qədər Azərbaycan müxalifət liderlərinin və müstəqil iqtisadçıların ölkədən milyardlarla vəsaitin gizli yollarla çıxarılması haqqında verdikləri açıqlamalara  beynəlxalq təşkilatlar və demokratik dövlətlər  tərəfindən elə də ciddi reaksiyalar verilməmişdi.  Birdən birə, 2018-ci il də keçiriləcək prezident seçkiləri öncəsi ABŞ və Avropa mətbuatın Azərbaycana bu qədər diqqət göstərməsinə səbəb nə oldu?

Bu barədə Sozcu.az saytına açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, "Fırıldaq və dələduzluqla məşğul olub, sonradan ortaya çıxmış dəlilləri ağla batmayan fikirlərlə təkzib etmək , gülüncdür":

"Sözsüz ki, Qərb mətbuatının Azərbaycan iqtidarına qarşı fəallığı seçki ilinə qədəm qoyulması ilə bağlıdır. Özümüzü aldatmayaq, bizi əhatə edən siyasi coğrafiyaya Azərbaycandakı ədalətli proseslər maraqlı deyil. Onlar hər addımlarında malik olduğumuz sərvətlərin mənimsənilməsi haqda düşünürlər. Bu səbəbdən mən onların obyektivliyinə inanmıram. Məqsəd hər seçkidə olduğu kimi hakim qüvvəyə təzyiqi təşkil etmək, güzəştlər qoparmaq, sonra isə seçki sonu “Proses demokratiyaya tərəf daha bir addım irəlilədi!!! “ kimi standart bəyanatlar yaymaqdır. Bunları keçmişik.

Əlbəttə ki, məsələnin əsas tərəfi faktın özü və hakimiyyətin refleksləridir. Ortada çox ciddi ifşaedici fakt var. Belə məlum olur ki, YAP iqtidarı Azərbaycan vətəndaşlarından mənimsədiyi onlara məxsus vəsaiti, özlərinin hakimiyyət ömürlərini uzatmaq üçün Qərb siyasi çevrələrinə səpələyirlər. Qərbin rüşvətxor kəsimi bu pullar müqabilində Azərbaycanda saxtalaşdırılan seçkilər, boğulan demokratiya, həbsə atılan vicdanlı fəallar, qapadılan alternativ mətbuat, sıxışdırılan siyasi partiyalar və bütövlükdə məhv edilən Azərbaycan xalqının gələcəyi yanlış, tərs qərarlar qəbul edilməsində iştirak edib. Bütövlükdə bu məqsədyönlü siyasəti ayrı-ayrı Qərb siyasətçilərinin ayağına yazmaq yanlışlıqdır. Adları çəkilən fiqurlar günah keçiləridir. Qərb Azərbaycanın zəif qalmasında maraqlıdır. Yanlış anlaşılmasın, təkcə Qərb deyil bu arzunu yaşadanlar. Rusiya, İran, yeri gələndə qardaş Türkiyə də azərbaycanlıların gəlişməsini dərindən istəmir. Əks halda biz başqa reallıqda yaşayardıq. Ətrafımıza talan edilməsi asan olan bir dövlət gərəkdir. Buna görə də Əliyevlər iqtidarının zülmlərinə göz yumulur, millətimizinn haqlı səsi heç yerdə eşidilmir.

Fakta qayıdaq. 3 milyarda yaxın vəsait bu günkü illik xərcimizin təqribən 3/1-dir. Maraqlıdır ki, məbləğin formalaşmasında rəsmi dövlət qurum və strukturları iştirak ediblər- Beynəlxalq bank və rabitə strukturu. Rusiyanın dövlət nəzarətində olan biznes qurumu da “obşak”a dəstək verib. Hadisənin mənbəyi bir daha təsdiq edir ki, Azərbaycanda mafiya tipli idarəçilik hökm sürür. Cinayət aləmi elə rəsmi dövlət strukturlarında məskən tapıb. Rəsmi şəxslər də ikili statusa malikdirlər: həm dövlət vəzifələri, həm də cinayətkar ierarxiyada statusa malikdirlər. Budur biabırçılıq.

Yazı təşəbbüskarlarının məqsədləri bəllidir, lakin hökümət niyə belə faktların ortada olmasına əsas yaradır. “Çimmə boğulma” deyib dədələr. Fırıldaq və dələduzluqla məşğul olub, sonradan ortaya çıxmış dəlilləri ağla batmayan fikirlərlə təkzib etmək , gülüncdür. Ola bilər də, yazı müəllifləri sırasında erməni də, ermənipərəst də var. Lakin həmin ünsürlər bu hadisəni törətməyiblər ki! Onlar verdiyimiz pasdan mənfəət götürürlər. Siyasi mübarizədə düşmənin sənin səhvindən istifadəsi başa düşülən olmalıdır. Səhv buraxmaq günahdır.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Hakimiyyətin baş vermiş hadisəyə reaksiyası və onu müdafiəyə cəhd edib, yarınmaq istəyənlərin arqumentləri abırsızlıqdan başqa bir şey deyil. Təəssüf olsun ki, rəsmi çevrələrimiz bu illər ərzində buraxdıqları səhvləri qızarmadan yalanla təkzib etmək, başqalarını günahlandırmaqdan başqa üsul tapa bilməyiblər. Onları vəziyyətdən çıxarmaq istəyənlər isə baş vermiş hadisəni dolayısı ilə təsdiq edərək, sərsəm arqumentlər axtarışına çıxıblar. Zahirən savadlı və ağıllı təəssüratı bağışlayan bir neçə nəfərin “lobbiçilik fəaliyyəti qanunidir”, “ bu işlər Azərbaycan üçün edilib”, “afərin bu işin təşkilatçılarına” kimi əsaslandırmalarına rast gəlmişəm.

Həqiqətən də lobbiçiliyə Qərbdə qanuni fəaliyyət kimi baxıla bilir. Lakin buraya cəlb olunan vəsait şəffaf, aparılan işin özü də aşkar olur. O zaman Azərbaycan hakim partiyası rəsmən lobbiçiliyə cəlb etdiyi vəsaitin mənbəyini və məqsədini 13-cü ili seçkilərində rəsmən bəyanlamalı idi. Rast gələn olub? Mən görməmişəm. Azərbaycan bu lobbiçilikdən nədə qazanıb? Bəlkə torpaq qaytarmışıq? Olmasa , Qarabağın Azərbaycana qayıtması üçün nəticə əldə edilib? Bu fəndgirlər o qədər həvəsləniblər ki, belə sualların çıxacağını düşünməyə vaxtları qalmayıb. Çüzdan sahibinə xoş gəlmək üçün belə də dombalaq aşarlar?

Həqiqətən də lobbiçiliyə Qərbdə qanuni fəaliyyət kimi baxıla bilir. Lakin buraya cəlb olunan vəsait şəffaf, aparılan işin özü də aşkar olur. O zaman Azərbaycan hakim partiyası rəsmən lobbiçiliyə cəlb etdiyi vəsaitin mənbəyini və məqsədini 13-cü ili seçkilərində rəsmən bəyanlamalı idi. Rast gələn olub? Mən görməmişəm. Azərbaycan bu lobbiçilikdən nədə qazanıb? Bəlkə torpaq qaytarmışıq? Olmasa , Qarabağın Azərbaycana qayıtması üçün nəticə əldə edilib? Bu fəndgirlər o qədər həvəsləniblər ki, belə sualların çıxacağını düşünməyə vaxtları qalmayıb. Çüzdan sahibinə xoş gəlmək üçün belə də dombalaq aşarlar?

Bütün bunların sonunda seçkilərə dair fikrimi bildirmək istəyirəm. 18-ci il seçkiləri milli maraqlarımız üçün böyük önəm kəsb edir. Mövzunu dərin təhlil etmək istəmirəm. Bu təhdidin də ziyanımıza olduğunun fərqindəyəm. Hakimiyyətin korrupsioner və qanunsuz olduğunu dəqiq bilirəm. Bir oyundur, düşmüşük içinə. Buradan qansız-qadasız çıxmanın yolu araşdırılmalıdır. İstisna etmirəm ki, belə təzyiqin arxasında hər işi olduğu kimi saxlamaq arzusunda olan daxili və xarici qüvvələr var. Bu işdə Rusiyanın da rolunu istisna etmirəm. RF YAP-ın seçki namizədinin, onunla da gələcəkdə hakim komandanın dəyişməsinin qarşısını almaq istəyir. Vəziyyətin donuqluğu isə bütövlükdə hamımıza ziyandır. Hamımız dedikdə, YAP-dan kənar qüvvələri nəzərdə tuturam. Ola biləcək kataklizmlərin qarşısının alınmasının yolu, YAP vasitəsilə ölkədə siyasi demontaj aparmaqdır. Yoxsa, bu komanda ölkəni viran qoymaq haqqında düşünəcək. Təəssüf ki, müxalifət qüvvələri bu gedişata sağlam münasibət bəsləmirlər". 

Elşən Əlisoy 

Sozcu.az 

Bölmənin digər xəbərləri

15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
23 Sentyabr 2017 Millət vəkili: “Bakıda erməni deputatların başına araq butulkası çırpsaydılar, ürəyimdən tikan çıxardı...”
18 Sentyabr 2017 “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA
15 Sentyabr 2017 Jirinovskidən Türkiyəyə təhdid:“Ağrı dağını Ermənistana qaytaracağıq”
06 Sentyabr 2017 Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?
25 Avqust 2017 "Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı."
16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
12 Avqust 2017 Mənasız yerə idmanımıza "Köçəri quşlar" gətiririk -FAZİL MUSTAFA
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
04 Avqust 2017 "Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb" - POLİTOLOQ
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
14 İyul 2017 "Müxalifətdəkilərin övladları bu millətə fəxarət gətirib" - ƏLİ ƏLİYEV
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.