Xəbər lenti

sarksyanhelik.jpg
“Azərbaycanın işğal olunmuş ərazilərində uçuşlar həyata keçirən Ermənistan təyyarələrini və helikopterlərini Silahlı Qüvvələrimiz vura bilər. Bu Azərbaycanın haqqıdır. Bunu ermənilər də çox gözəl bilir”.

 Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib.

E.Şahinoğlu deyib ki, Ermənistan Xankəndində hava limanını tədricən işə salır, amma uçuşlar həyata keçirə bilmir.

“Çünki onlar bilirlər ki, bu, beynəlxalq hüquqa da ziddir. Azərbaycan tərəfi heç bir dövlətə onun icazəsi olmadan uçuşlar həyata keçirməsinə icazə vermir. Son zamanlar erməni separatçıları təxribatlara başlayıblar. Xankəndi Şuşa istiqamətində uçuşlar həyata keçirirlər. Biz buna son qoymasaq, onlar bu təxribatlarını daha da genişləndirəcəklər. Necə ki, Kəlbəcərdə Mineral su zavodu açırlar, yol çəkirlər, Şuşada tikinti işləri aparırlar. Halbuki, həll planına görə, Ermənistan Dağlıq Qarabağa aid olmayan rayonları boşaltmalıdır. Bu bəmçinin həmsədr dövlətlərin vecinə də deyil. İrəvana demirlər ki, buralarda niyə tikirsən, köçürmə həyata keçirirsən, axı həll planına görə boşaldacaqsan. Ona görə də biz hər zaman işğalçını təziq altında saxlamalıyıq”.


Bəs belə olan təqdirdə Ermənistan rəhbərliyini Qarabağa gətirən helikopterlər vurula bilərmi?
E.Şahinoğlu sualı belə şərh edib:

“Mən demirəm ki, Serj Sarkisyan helikopterlə Xankəndinə gəlsə, mütləq onu vurmalıyıq. Bu əlbəttə ki, müəyyən problemlər yarada bilər. Amma biz hansısa yolla işğalçıya mesaj göndərməliyik ki, bu etməyin. Əks halda cavabınızı alacaqsınız. Ermənilər belə təxribatlarını getdikcə genişləndirirlər. Artıq Ermənistanın baş naziri Karen Karapetyan məzuniyyətini işğal altındakı torpaqlarımızda keçirir. Kəlbəcərə gedir və orada mineral su istehsal edən zavodun açılışında iştirak edir. Bundan bir neçə gün keçir, bu dəfə Ermənistan prezidenti Qarabağa gəlir və yol açılışında iştirak edir. Mən hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün belə bir addımın atılmasına ehtiyac var”.

Bölmənin digər xəbərləri

19 Fevral 2018 “Aleksandr Nevzorovun şərəf və ləyaqəti araq butulkasındadır”-Müqəddəs Mehdiyev
15 Fevral 2018 Əli Həsənov vaxtından əvvəl sevinib
10 Fevral 2018 "Seçkilərin boykot edilməsi məqbul yol deyil" - NATİQ CƏFƏRLİ
05 Fevral 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn
30 Yanvar 2018 "Prezidentliyə namizədlər işbirliyinə gələ bilərlər" - KXCP SƏDRİ
25 Yanvar 2018 “Türkiyə və Rusiya Suriyada Amerikanın varlığına qarşı razılaşma əldə edib” –Putinin strateqindən sensasion iddialar
23 Yanvar 2018 Türkiyənin Afrin təcrübəsindən Azərbaycan Qarabağda istifadə edə bilərmi? - ŞƏRH
15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.