Xəbər lenti

astansajhd.jpg
"Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacaq”.

Sozcu.az xəbər verir ki, bunu "Ölkə.Az”-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib.

Komissiya sədri deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq:

"Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.

A.Abıyev Astan Şahverdiyevin mandatının ləğv ediləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib:

"Mən heç zaman deməmişəm ki, Astan Şahverdiyevin mandatı ləğv olunacaq. Bunu mənə sual verənlər yazır. Mən indidən Astan Şahverdiyevin mandatının ləğv olunub-olunmayacağını dəqiq deyə bilmərəm. Məsələ obyektiv araşdırılacaq. Elə şikayət ola bilər ki, o bizlik olmaz, həmin məsələni Baş Prokurorluğa göndərə bilərik, mandat məsələsini də Prokurorluq həll edər. Mandatın alınması məsələsi prokurorluğun səlahiyyətinə aiddir. Ona görə də jurnalistlər bu məsələdə tələsməməlidir. Əmin olun ki, məsələ obyektiv araşdırılacaq”.

A.Abıyev həmçinin qeyd edib ki, əgər hər hansı deputat və ya digər şəxs oğurluq edib özünə biznes qurubsa, bunu araşdırmaq üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, müstəntiq var:

"İntizam Komissiyası dünyanın bütün parlamentlərində var. Bizim işimiz Milli Məclisdə deputatların nizam-intizam məsələsinə baxmaqdır. Yoxsa ki, küçədə kimsə kimisə vurursa, söyüş söyürsə, buna biz baxmırıq, polis baxır. Bəzən jurnalistlər də bu məqamı qarışdırırlar. Milli Məclisin İntizam Komissiyası yalnız və yalnız parlament üzvlərinin qeyri-etik davranışlarına qiymət verir”.

Bölmənin digər xəbərləri

15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına sərt reaksiyalar
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.