Xəbər lenti

fazilmustaf.jpg

Fazil Mustafa, millət vəkili

Riodakı Olimpiadada Azərbaycanlı ağır atlet Nicat Rəhimovun Qazaxıstan adına çempion olmasının ardından yenə də Azərbaycanlı idmançı Ramil Quliyevin yüngül atletikada Londonda Türkiyə adına dünya çempionu olmasına ürəkdən sevindik. İlk dəfədir ki, millətimizin təmsilçisi yüngül atletikada bu cür uğurlu nəticə göstərir. Həm də sevindiricidir ki, bu idmançılar bizdən incik vəziyyətdə yola salınsalar da Azərbaycan bayrağını kürəklərində daşımağı unutmurlar. Yəni kimdənsə inciyə bilərlər, ancaq Vətəndən, bayraqdan incimək kimi bir cılız duyğunu özlərinə yaxın buraxmadıqlarını göstərirlər. Ən mühümü isə Azərbaycana olmasa da, qızıl medalı Osmanlı təbirincə desək gavura deyil, Qazaxıstan və Türkiyə kimi qardaş türk dövlətlərinə qazandırırlar.

Yeri gəlmişkən deyim ki, bu uğur qazanan idmançılar olduğundan, onların hansı səbəbdən Azərbaycan bayrağı altında çıxış etməkdən uzaqlaşdırılması diqqət mərkəzinə gəlir. Onların başqa dövlətlər adına çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdır. Kimlərdir axı bilərəkdən bu cür hazırlıqlı idmançıları ölkəmizdən uzaqlaşdıranlar? Kimsə bu əmələ görə cəza alacaqmı?

Digər tərəfdən bir həqiqət təkrar olaraq təsdiqini tapdı ki, Azərbaycan övladı olimpiya çempionu da, dünya çempionu da olmağa qadirdir. O halda idmanın müxtəlif növlərində xaricdən mənasız yerə bu qədər "köçəri quşları" gətirib ciblərini pulla doldururuq, əvəzində olmazmı ki, bir il tez, bir il gec olsun, pulu da, imkanı da, enerjimizi də öz dosdoğma azərbaycanlımıza sərf edək və onların uğur qazanmasına nail olaq? Hələ sonradan üstü açılan dopinqə görə medalı əlindən alınmış idmançılara xərclədiyimiz pula, verilən hədiyyələrə heyfslənməyimizi demirəm. Bir qisminin yaxasından da yapışmaq artıq gecdir. Ona görə də, idmanın bütün növlərində strategiyamız Azərbaycanlı idmançıları çempion və ya mükafatçı kimi yetişdirmək üzərində qurulmalıdır.

 

Bölmənin digər xəbərləri

21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
23 Sentyabr 2017 Millət vəkili: “Bakıda erməni deputatların başına araq butulkası çırpsaydılar, ürəyimdən tikan çıxardı...”
18 Sentyabr 2017 “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA
15 Sentyabr 2017 Jirinovskidən Türkiyəyə təhdid:“Ağrı dağını Ermənistana qaytaracağıq”
07 Sentyabr 2017 "Təəssüf ki, müxalifət qüvvələri bu gedişata sağlam münasibət bəsləmirlər" - VİP sədri
06 Sentyabr 2017 Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?
25 Avqust 2017 "Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı."
16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
04 Avqust 2017 "Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb" - POLİTOLOQ
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.