Xəbər lenti

qabilhuss.jpg
ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Rusiyanın artilleriya damarı olan neft və qaz sənayesinə güclü zərbə vuracaq.

Sozcu.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun 8-də Abxaziyaya səfəri ABŞ-ın sanksiyalarına qarşı cavab reaksiyasıdır:

“Yəqin ki, Putin Abxaziyada nəinki ABŞ-la, eyni zamanda bölgəylə bağlı sərt mövqeyini ortaya qoyacaq. Moskva tərəfindən ən ağrılı qarşılanan Rusiyaya yönəlik sanksiyalardır. Yeni sanksiyalar əhatəliliyi ilə fərqlənir. Faktiki olaraq Rusiyanın bir çox, xüsusən də ciddi valyuta gətirən neft və qazçıxarma sahələrindəki planlarına ciddi zərbə dəyəcək. Rusiya Arktikada ABŞ-a məxsus müasir texnologiyaların köməyi ilə geoloji kəşfiyyat işləri aparır. İndi həmin şirkətlərin fəaliyyətinə qadağa qoyulacaq. Hətta “Türk axını” layihəsi də həyata keçməyə bilər. Yəni Vaşinqtonun güddüyü əsas hədəflərdən biri də odur ki, Rusiya ya Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəql edəcək, ya da Avropa bazarlarına Azərbaycan, Əlcəzair və lazım gəlsə, İsrail qazı çıxarılacaq. Sıxılmış qaz ehtiyatlarını isə ABŞ özü daha çox istehsal edir və bu da Avropa bazarlarına kifayət edir. Belə görünür ki, bu sanksiyalar Rusiyanın artilleriya damarı olan neft və qaz sənayesinə güclü zərbə vuracaq”.

Politoloq qeyd edib ki, digər yandan Rusiyanın cəmi 100 kilometrliyində NATO-nun hərbi təlimlər keçirməsi və bu təlimlərdə bir çox alyans ölkələrinin hərbi qüvvələrinin iştirak etməsi Kremlə qarşı ciddi təhdiddir:

“Diqqəti çəkən bir məqam isə nə qədər gülməli görünsə də, təlimlərdə KTMT-nin üzvü olan Ermənistanın da məhdud saylı hərbi kontingenti ilə iştirakıdır. Belə təsəvvür yaranır ki, ya İrəvan Moskvaya meydan oxuyur, ya da Rusiyanın razılığı ilə təlimlərə kəşfiyyatçı kimi göndərilib. Hər halda Cənubi Qafqazda NATO və ABŞ-ın daha da fəallaşdığının şahidi olmaqdayıq. Xüsusən də ABŞ-ın Gürcüstanın simasında göstərdiyi fəallıq və dəstək zənnimcə, çox şirnikləndiricidir və çox güman ki, region ölkələri bu vədə xüsusi diqqət yetirəcək. Açığı, Rusiyanı bütün sərhədləri boyu mühasirəyə almağı hədəfləyən ABŞ Cənubi Qafqazda fəallığını bundan sonra da artıracaq. Çünki ABŞ-ın strategiyasında Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılmaq, burada öz təsirini bərqərar etmək ön planda durur”.

Qabil Hüseynli hazırda Rusiyanın NATO ölkələri və ABŞ üçün bir nömrəli düşmən hesab edildiyini deyib:

“ABŞ-ın Rusiyanı öz qabığına çəkilməyə vadar etmək istəməsi ciddi düşünülmüş bir strategiyadır. Bu strategiya artıq sanksiyalarla işə düşüb. Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb. ABŞ Rusiyanı Yeltsin dövrünə qaytarmaq istəyir. İstisna deyil ki, buna maraqlı olan dövlətlər içərisində Çin də var. Çin Uzaq Şərqə olan böyük iddialarını gizlətmir. Bir sözlə, Rusiya təklənib və bu cür təcrid vəziyyətində Rusiyanın Gürcüstan və ya regionun başqa bir ölkəsinə qarşı müəyyən xoşagəlməz niyyətlərini həyata keçirmə imkanı yox dərəcəsindədir”.

Bölmənin digər xəbərləri

15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
23 Sentyabr 2017 Millət vəkili: “Bakıda erməni deputatların başına araq butulkası çırpsaydılar, ürəyimdən tikan çıxardı...”
18 Sentyabr 2017 “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA
15 Sentyabr 2017 Jirinovskidən Türkiyəyə təhdid:“Ağrı dağını Ermənistana qaytaracağıq”
07 Sentyabr 2017 "Təəssüf ki, müxalifət qüvvələri bu gedişata sağlam münasibət bəsləmirlər" - VİP sədri
06 Sentyabr 2017 Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?
25 Avqust 2017 "Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı."
16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
12 Avqust 2017 Mənasız yerə idmanımıza "Köçəri quşlar" gətiririk -FAZİL MUSTAFA
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
14 İyul 2017 "Müxalifətdəkilərin övladları bu millətə fəxarət gətirib" - ƏLİ ƏLİYEV
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.