Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_adileliyevv.jpgAdil Əliyev: "Cığallıq etmək Aslan İsmayılovun xarakteridir"

“Aslan İsmayılovun bakıpost saytına müsahibəsində 2005, 2010, 2015-ci illər parlament seçkiləri ilə bağlı fikirlərini oxudum. 
Mən Aslan İsmayılovun həyat fəaliyyətinə müdaxilə etmək fikrində deyiləm. Ona görə də mənə aid olan hissəsinə münasibət bildirmək istəyirəm”.

Sozcu.az xəbər verir ki, millət vəkili Adil Əliyev onunla eyni dairədən namizəd olan, tanınmış vəkil Aslan İsmayılovun “Bakıpost” saytına verdiyi müsahibəsində onunla bağlı dediyi fikirlərə münasibət bildirib.

Həmin münasibəti  təqdim edirik:

"Aslan İsmayılov deyir ki, Adil Əliyev hansı gücünə səs yığmışdı. Ona demək istəyirəm ki, biz səsimizi gecə-gündüz çalışdığımız əməyin,zəhmətin və düzgün təbliğatın gücünə yığılmışdı. A.İsmayılov namizədlərin imkanlarının bərabər olmadığını bildirir. Onun nəzərinə çatdırım ki, mən təbliğat aparanda, Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd,millət vəkili lazım deyil. 
Əvvəla onu demək istəyirəm ki, mən onun dediyi ona qarşı aparlan kampaniyadan xəbər yoxdur. Əgər, varsa da mən o onlardan deyiləm və o bilməlidir ki, Adil Əliyev onun fikirləşdiyi təyinatlı və yaxud satılmış, vicdanını itirmiş adamlardan deyil. Ona görə də mənim adımı çəkməklə yalnış fikirdə olduğunu düşünsün.
Sonra müsahibəsində parlamentdə “otura bilərdim” fikrini bildirir. Adamdan soruşarlar ki, istəmirdinsə,o zaman nəyə görə cənab İlham Əliyevin qəbuluna getmişdin? Yaxşı getdin və qəbulda oldun. Sənə şərt qoydular, sən də qəbul etmədin. Bəs bilə-bilə ki, şərtləri qəbul etməməsin və sən seçilməyəcəksən,o zaman niyə namizədliyini irəli sürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Mən belə daşa düşürəm ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm,orda da sənə deyiblər ki,olmaq üçün namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud deputat seçil. Sən də namizədliyini verib,qaçdın Amerikaya şad xəbər verməyə ki,”dobro” almışam və təbliğat üçün pul verin.
Aslan İsmayılov açıqlamasında aparata qoşulan erməni gəlsə onu da müdafiə edəcəyini bildirməsi onun gerçək simasını göstərir. Təbii ki, onu da edər. Çünki o Sumqayıt hadisələrində də ruslan və ermənilərin maraqlarını müdafiə edirdi.
Sonda Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə, 3 seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsini döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqda və prezident administrasiyasından qovulmusan. Ən nəhayət Vəkillər Kollegiyasından qovuldun. Aslan İsmayılovun “gerçək fəaliyyəti”bundan ibarətdir. Unutmataq ki, cığallıq etmək Aslan İsmayılovun xarakteridir".

Bölmənin digər xəbərləri

16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
12 Avqust 2017 Mənasız yerə idmanımıza "Köçəri quşlar" gətiririk -FAZİL MUSTAFA
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
04 Avqust 2017 "Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb" - POLİTOLOQ
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
14 İyul 2017 "Müxalifətdəkilərin övladları bu millətə fəxarət gətirib" - ƏLİ ƏLİYEV
09 İyul 2017 "Hakimiyyət seçkilərə qədər əsas rəqibi olan AXCP-ni sıradan çıxartmaq istəyir" -Nürəddin Məmmədli
04 İyul 2017 "Devalvasiya olacaq"-Qubad İbadoğlu
02 İyul 2017 Qənirə Paşayeva: "Sosial mediada bir qrup tərbiyəsiz var..."
18 İyun 2017 "Bu vəzifəli şəxslər həbs olunmalıdır" - HAFİZ HACIYEV
01 İyun 2017 1992-ci ildə Ermənistan Dağlıq Qarabağın istənilən muxtariyyət statusuna razı olub
29 May 2017 Millət vəkili 28 May günü “Babək” filminə qarşı çıxdı
26 May 2017 Elşad Musayev: "Gözəl Bayramlının həbsi insanların xof altında yaşamasına hesablanmış addımdır"
18 May 2017 Səbirli olun, Rusiya hələ son sözünü deməyib - Abramov
15 May 2017 Türkiyədən torpaq alınması üçün plan qurulur - Türk general
11 May 2017 Eldar Sabiroğlu orduda baş verənlər haqda yazdı - "Əsgərdə günah görmürəm..."
08 May 2017 Mehman Qələndərov cinayətinə göz yumanların Cahangir Hacıyev nağılı…
15 Aprel 2017 Mosula ancaq Türkiyə girə bilər - Səddam Hüseynin nəvəsi
05 Aprel 2017 "Biz Türkiyədəki proseslərə biganə qalmayacağıq" -Zəlimxan Məmmədli
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.