Xəbər lenti

hafizhaciyev.jpg
“Bu gün Azərbaycan xalqı ölkənin sərvətlərindən demək olar ki, faydalana bilmir. Əhalimiz heç Tovuz, Gədəbəy kartofu tapıb yeyə bilmirlər. Bütün bunların səbəbkarı ölkədəki bir qrup məmurdur.”

 Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədrinin sözlərinə görə, o, da vaxtı ilə məmur olub:

“Mənim özüm də bir vaxtlar məmur olmuşam, rəhbəri olduğum balıqçılıq sənayəsini inkişaf etdirərək xalqa xidmət edirdim. Bizim dövrümüzdə vətəndaşlar kürü, balıq məhsulları ala bilirdilər. İndi isə insanlarımız kürünü yalnız qırmızı kitabda görə bilər. Bizim ixtisaslaşmış dükanlar var idi. Bu dükanlarda asetirin, Semiruqa və digər balıqlar satılırdı. O zaman mən ilk dəfə olaraq asetirin balığının konserviləşdirilməsini təmin elədim. İlk dəfə olaraq mən kürü qablarının üzərinə Azərbaycan bayrağının vurulub xarici bazarlara çıxarılmasını təmin etdim. Həmin ərəfədə biz 800 tona yaxın asetirin balığını xarici dövlətlərə satıb gələn gəliri 1 qəpiyinə qədər dövlət büdcəsinə qoyduq. Həmin dövrdə 350 ton asetrin balığını Türkiyənin Urfa Bazar şirkətinə satdıq. O, zaman rəhmətlik Turqut Özal da bu hadisədə iştirak etdi. Biz həmin dövrdə çox böyük işlər gördük. Mən Ukraynadan Azərbaycana balıq unu istehsal edən 32 zavod gətirdim. Biz bu zavodlarda balıq unu istehsal eərək quşçuluq sənayesinə verib o sahənin də inkişafı üçün addımlar atırdıq. Həmin dövrdə Azərbaycan dənizinin məhsulları xalqa məxsus idi. Çox təəssüf ki, hazırda dənizimizin məhsulları bir neçə oliqarx məmura məxsusdur. İndi bilirsiz ki, qara kürünün satışından xalqa 1 qəpik də olsun xeyir gəlmir. Bu pullar həmin məmurların villalarına, xaricdə saxladığı erməni qadınlarına gedir. Bunun da qarşısı yaxın vaxtlarda alınacaq. Qocalar evində elə bir sistem qurulub ki, bizi kimi adamlar hakimiyyətə yaxın buraxılmır. Bizim umacağımız xalqdandır. Xalq baxmalıdır və seçimini etməlidir. Mən vəzifə üçün danışmıram. Mən dəfələrlə demişəm ki, mən ya baş nazir, ya da ki, birinci vitse-prezident olsam ölkəni 6 aya bu çətin böhrandan çıxaracam. Biz bu işi görüb özümüzü sübut etmişik. Nə edək ki, bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik. Təzədən gedib arvadımızı boşayıb erməni ilə ailə qurası deyilik ki. Xalqımız da bir az unutqandı. İnsanlar onlara çörək verəni deyil, ölkəni çapıb-talayanın qədrini bilir. Mən hər zaman əziz qardaşım İlham Əliyevin yanında olmağa hazıram. Bu gün də onun doğum günüdür, təbrik edirəm prezidentimizi. Prezidentin bu yırtıcılardan canının qurtarmasından ötrü onun yanında olmaq, prezidentə kömək etmək istəyirəm. Biz prezidenti sevirik, bu sevgi bizim ürəyimizdədir. Amma bu gün bir qrup nazir İlham Əliyevin arxasınca danışır, bu çox pis haldır. Buna görə də prezidentin yanında bu gün mənim kimi ona canı yanan bir şəxs olmalıdır.”

Bölmənin digər xəbərləri

15 Aprel 2017 Mosula ancaq Türkiyə girə bilər - Səddam Hüseynin nəvəsi
05 Aprel 2017 "Biz Türkiyədəki proseslərə biganə qalmayacağıq" -Zəlimxan Məmmədli
26 Mart 2017 Əflatun Amaşov: “Gürcüstanla münasibətlər bütün sahələrdə inkişaf edir”
12 Mart 2017 Covdarovun vəkili: "Türkiyədə belə adamları zindanda saxlamırlar, saxlamağa ixtiyarları yoxdur"
06 Mart 2017 Fikrət Fərəməzoğlu həbsinin gerçək səbəbini açıqladı
27 Fevral 2017 "Bəxtimiz gətirib ki, AzTV-ni xaricdə başa düşmürlər" - Qubad İbadoğlu
24 Fevral 2017 Ayaz Mütəllibov BƏYANAT YAYDI: "Güya mən demişəm ki,..."
24 Fevral 2017 “Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib” - Baş həkim
19 Fevral 2017 İran işğalçı İrəvana yardım edən yeganə müsəlman ölkədir
14 Fevral 2017 “Probasiya Xidmətinin yaradılması çox yaxşı haldır” –Novella Cəfəroğlu
03 Fevral 2017 “Araz Əlizadə ağlını itirib”
27 Yanvar 2017 Sərdar Cəlaloğlu: “Bizim Cavanşir Quliyevə qarşı kinimiz yoxdur”
25 Yanvar 2017 “Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar”
17 Yanvar 2017 "Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər" - Məmmədyarov
09 Yanvar 2017 Oqtay Qasımov: “MHP-nin gələcək taleyi ilə bağlı ciddi suallar yaranacaq”
07 Yanvar 2017 “Rusiya dövlət quruluşu dağıla bilər”
06 Yanvar 2017 Adil Əliyevdən Aslan İsmayılova sərt ittiham: “Sumqayıt hadisələrində...”
26 Dekabr 2016 Hafiz Hacıyev: “Astan Şahverdiyev ermənilərlə qarışığı olan insandır”
21 Dekabr 2016 ABŞ-dan Moskva bəyanatına – Reaksiya
16 Dekabr 2016 ”Neftçilər varlı atanın müdafiəsiz, dilənçi uşaqlarıdır”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.