Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_meherremmm.jpgHakimiyyət əsas hədəfi avtoritar rejimi gücləndirməkdir.

Məhərrəm bəy, Azərbaycandakı siyasi mühit necə görünür?

– Azərbaycanda siyasi mübarizə üçün normal siyasi mühit yoxdur. Çünki, siyasi mühit deyiriksə burada qarşılıqlı tərəflər, açıq tənqidlər, plüralizm, siyasi mübarizə və s. olmalıdır. Bunların heç biri olmayan təqdirdə ölkədə siyasi mühitdən danışmaq düzgün olmazdı. Azərbaycanda demokratik prinsipləri məhv etmiş, azad mətbuatı və müxalifətdə olan siyasi qüvvələri sıradan çıxarmış, süni şəkildə “müxalifət” yaratmış bir siyasi rejim var. Siyasi rejimin isə 3 adı var: Demokratik, avtoritar və totalitar. Rejimin demokratik olmamasını hamımız anlayırıq, digərlərinin elə bir fərqi yoxdur. Bu gün Azərbaycanda demokratiyanın adından yararlanmaq istəyən 5-6 nəfər jurnalist və ya Qeyri-Hökumət Təşkilatı var ki, hakimiyyət onları da ya həbsxanaya atmaqdadır, ya da onlar da digərləri kimi ölkəni tərk edəcəklər. Mövcud rejim hakimiyyətini möhkəmləndirmək üçün hər il addım-addım   konstitusiyanın dəyişdirilməsi üçün referendem keçirir. Bu isə artıq seçki texnologiyasının sıradan çıxarılmasına hesablanmış bir addımdır.

Məhərrəm bəy, hakimiyyət tərəfi konstitusiyadakı dəyişiklikləri daha çox insan hüquq və azadlıqlarının qorunması məqsədilə edilməsinin vacibliyini vurğulayırlar

– Bu Azərbaycan hakimiyyətinin illərlə bizə tətbiq etdiyi metoddur. Əgər prezident seçimi 5 ildən 7 ilə keçirilirsə burada hansı demokratiyadan və siyasi opponentlikdən söhbət gedə bilər. ABŞ liberal dəyərlərə söykənən ölkədir və orada prezident 4 ildən bir seçilir və iki dəfədən artıq seçilə bilməz. Bizdə isə həmişə seçilə bilər. Digər tərəfdən vitse-prezidentlik institutu yaradılır və xüsusi səlahiyyətlər verilir. Bu səlahiyyətlərdən biri də prezidenti ehtiyac yarandıqda əvəz etməkdir. Əgər yadınızdadırsa vaxtilə prezidenti əvəzetmə funksiyası Milli Məclisin spikerinə məxsus idi.  Sonra bu funksiya parlament və prezidentin razılaşdırılmasıyla Baş Nazirə ötürüldü, indi də vitse prezidentə. Həm də bu təyinat ancaq prezidentə məxsus olacaq. Hətta pezident parlamenti buraxa bilər. Deməli, biz tədricən seçkili orqanların səlahiyyətlərini azaldaraq prezidentin təyinatını artırırıq. Bu isə demokratiyanın təməl prinsipi olan seçkinin idarəetmədə təsirinin azalmasını şərtləndirir. Hakimiyyət əsas hədəfi avtoritar rejimi gücləndirməkdir.

Sizcə qeyd etdiyinz bu amillərə əsaslansaq Azərbaycanı yaxın perspektivdə nə gözləyir?

– Bilirsiniz, ölkədə iqtisadi durum da pisləşir. Əvvəlki dövrlərdə iqtisadi durum sabit olduğundan siyasi halimiyyət bütün həmlələrinə don geyindirməyi bacarırdı. İndiki durum davam edəcəksə (bu vəziyyətin bir müddət davam etməsi qaçılmazdır - M.Ə.) hakimiyyət gələcəkdə xalqa yoxsulluqla bağlı deməyə söz tapmayacaq. Yəqin ki, bir müddət də insanlar “evində ac qalmaq həbs olunmaqdan yaxşıdır” prinsipi ilə idarə olunacaqlar. Amma sonra artıq “dözümsüzlük” başlayacaq və bu “dözümsüzlük” milli, irqi, dini, siyasi, iqtisadi səviyyələrdə özünü göstərəcəkdir. Bu isə yaxşı heç nə vəd eləmir.

Məhərrəm bəy vəziyyətin dözülməz olacağını qeyd edirsiniz, vəziyyətdən çıxış yolu üçün hansı addımlar atılmalıdır?

– Vəziyyətdən çıxış yolu üçün həm iqtisadi, həm də siyasi sahədə addımlar atılmalıdır. Belə ki, ölkədə biznes mühiti yaradılmalıdır, gömrük və vergidə olan neqativ hallar aradan qalxmalıdır. Siyasi opponentlik və plüralizmə meydan verilməlidir. İtisadi islahatlar həyata keçirilməlidir, xüsusilə azad iqtisadi fəaliyyət təmin edilməlidir.  Əsas odur ki, mövcud rejimin bu addımı atması inandırıcı deyil.  Hakimiyyətin bütün addımları insanlarda köləliyin təbliğ edilməsinə və hakimiyyəti gücləndirməyə xidmət edir. 

Bölmənin digər xəbərləri

19 Fevral 2017 İran işğalçı İrəvana yardım edən yeganə müsəlman ölkədir
14 Fevral 2017 “Probasiya Xidmətinin yaradılması çox yaxşı haldır” –Novella Cəfəroğlu
03 Fevral 2017 “Araz Əlizadə ağlını itirib”
27 Yanvar 2017 Sərdar Cəlaloğlu: “Bizim Cavanşir Quliyevə qarşı kinimiz yoxdur”
25 Yanvar 2017 “Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar”
17 Yanvar 2017 "Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər" - Məmmədyarov
09 Yanvar 2017 Oqtay Qasımov: “MHP-nin gələcək taleyi ilə bağlı ciddi suallar yaranacaq”
07 Yanvar 2017 “Rusiya dövlət quruluşu dağıla bilər”
06 Yanvar 2017 Adil Əliyevdən Aslan İsmayılova sərt ittiham: “Sumqayıt hadisələrində...”
26 Dekabr 2016 Hafiz Hacıyev: “Astan Şahverdiyev ermənilərlə qarışığı olan insandır”
24 Dekabr 2016 “Bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik” -ATMACA...
21 Dekabr 2016 ABŞ-dan Moskva bəyanatına – Reaksiya
16 Dekabr 2016 ”Neftçilər varlı atanın müdafiəsiz, dilənçi uşaqlarıdır”
12 Dekabr 2016 BAO Azərbaycan dövlətini İrana nota verməyə çağırdı
12 Dekabr 2016 Mədət Quliyev "reket jurnalist"lərin həbsinə münasibət bildirib
10 Dekabr 2016 Alman politoloq Qarabağa gör ATƏT-i sərt tənqid etdi
09 Dekabr 2016 İqtisadçılardan Türkiyənin dollar təklifinə reaksiya
06 Dekabr 2016 “Hökumət nümayəndələrini ekranlarda görmək olmur”
28 Noyabr 2016 Əli Kərimli: Əgər “Monarxiyaya yox! Talana son!” tələbini müdafiə etsəydik...”
25 Noyabr 2016 Ərdoğanın müşaviri: “Aİ ilə Gömrük İttifaqı müqaviləsi ləğv edilməlidir”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.