Xəbər lenti

qubadibad.jpg

"Son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu inzibati xarakter daşıyır. Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır".

Ardını oxu...

elxansah.jpg"Keçmiş xarici işlər naziri Tofiq Qasımov mənə nəql edirdi ki, 1992-ci ildə Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlara başladıqda İrəvandan mesajlar alırdı. Mesajın mənası bu idi ki, Azərbaycan ordusu hücumu dayandırsın, Ermənistan Dağlıq Qarabağın istənilən muxtariyyət statusuna razıdır. Tofiq Qasımovun sözlərindən anladım ki, o hücuma fasilə verilməsinin və ermənilərlə bölgənin aşağı statusu barədə danışıqların tərəfdarı idi. Çünki durum Azərbaycanın xeyrinə idi. Ancaq ordu ard-arda uğurlar qazanırdı və Tofiq Qasımovdan fərqli olaraq hakimiyyətdə təmsil olunanların əksəriyyəti sona qədər getməyin tərəfdarı idilər. Sonrası bəllidir".

Sozcu.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu deyib:

" Fikrimcə, Azərbaycan ordusu cəbhə bölgəsində təzyiqi daha çox artırmaqla Ermənistanı 1992-ci ildəki mövqelərinə qaytara bilər. Əlbəttə, bu qısa zamanda baş verməyəcək. Ancaq son illər Dağlıq Qarabağ ətrafında düşmənin vurulan hərbi texnikası və artan itkiləri işğalçıya onu anlatmalıdır ki, bunun miqyası getdikcə artacaq. Dağlıq Qarabağda hərbi toquşmalar iki ölkənin siyasi, iqtisadi, maliyyə və hərbi potensialların müharibəsinə çevrilir. Potensialı çox olanın müsbət nəticəyə ümidi ola bilər. Müharibə maliyyə tələb edir. Hər gün atılan güllələrin və raketlərin, o cümlədən vurulan hərbi texnikanın yenisi alınmalıdır. İşğalçı dövləti hərbiyə daha çox maliyyə xərcləməyə məcbur etmək lazımdır. Əlbəttə, paralel olaraq ordudakı satqın şəbəkəsinin də axırına çıxılmalıdır ki, uğura yaxınlaşa bilək".

Qeyd edək ki, ötən gün Ordumuz düşmənin cəbhədəki atəş nöqtəsini məhv edib, ermənilər ciddi itki verib. Həmçinin video-müşahidə qurğusu sıradan çıxarılıb.

Elşən Əlisoy

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.