Xəbər lenti

derii.jpg
Amerikalı alimlər daha bir yeniliyə imza atıb. Belə ki, onlar mayedə həll olub yenidən bərpa olan dəri hazırlayıblar.

 

Publika.az xəbər verir ki, ölkənin Kolorado Universitetindən olan bir qrup mühəndis elastik elektron dəri hazırlayıb. Bu dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir. Dəri yenidən emal üçün xüsusi mayedə tamamilə həll olur.

Elektron dərinin forması nazik materialdan olub, insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, hazırda bu dəridən insan robotların üzərində istifadə edilir.

ABŞ-dan olan alimlər qeyd edir ki, elektron dərinin bərpasını təmin edən əsas komponentlər təzyiq, temperatur, rütubət və hava sərfiyatını ölçən altlıq ilə datçiklərin yaradılmasında istifadə edilmiş polimin adlı materialdır. Bundan başqa, bu datçiklərdə, həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.

Elektron dərinin sensoru zədələndikdən sonra dərini bərpa etmək üçün qırılma hissəsinə polimin materialı çəkib, bir az gözləmək kifayətdir. Proses otaq temperaturunda "yara" təxminən 20-30 dəqiqə ərzində tamamilə bərpa olur. Əgər dəri çox ciddi zədələnibsə, onda onu xüsusi mayedə həll edirlər və daha sonra məhluldan yeni elektron dəri nümunəsi hazırlayırlar.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.