Xəbər lenti

000999117839.png
Ötən ilin sonlarından dünyanın tanınmış ekstrasensləri 2018-ci il üçün proqnozlarını açıqlamağa başlayıblar. İl ağır və dünya üçün çətin dövr kimi qiymətləndirilir.

 Rusiyalı ekstrasenslər Pavsekaki Boqdanov və Viktoriya Subota proqnozlarını Rusiyanın “Beşinci kanalı”nda bölüşüblər.

Astroloq və ekstrasens Boqdanovun fikrincə, Üçüncü Dünya müharibəsi 2008-ci ildən başlayıb:
“2018-ci il isə müharibədə kuliminasiya nöqtəsi olacaq. Bundan sonra müharibə səngiməyə başlayacaq, 2023-cü ildə başa çatacaq. ABŞ Prezidenti Donald Trampa gəlincə, xələfləri Corc Buş və Barak Obama kimi o da ABŞ-ın dağılmasında böyük rol oynayacaq. Bu il ABŞ-ın mövcudluğu başa çatacaq. Dollar dünya birjalarından yığışdırılacaq. Dünyada liderlik üstündə Rusiya və Çin mübarizə aparacaq”.

Viktoriya Subota isə 2018-ci ilin Rusiya iqtisadi həyatında mühüm hadisələrlə yadda qalacağını deyib:
“Rusiya üçün siyasi həyat çox sakit keçəcək. Dünyada ən qaynar müharibə ocağı Şimali Koreyada olacaq. Şimali Koreya lideri Kim Çen İn bu il öldürüləcək. Bu məsələlərin Rusiyaya heç bir təsiri olmayacaq”/Teleqraf.com/

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.