Xəbər lenti

kasperski.jpg
ABŞ-ın dövlət qurumlarına Rusiyanın "Kasperski Lab" şirkətinin proqram təminatından istifadəsi rəsmən qadağan edilib.

 “Report” xəbər verir ki, bu müddəa ölkənin gələn il üçün nəzərdə tutulan müdafiə büdcəsində öz əksini tapıb. Müvafiq sənədi çərşənbə axşamı Ağ ev rəhbəri Donald Tramp imzalayıb. Qadağa bu il oktyabrın 1-dən etibarən fəaliyyət göstərir. Bu tarix 2018-ci maliyyə ilinin başlanğıcı sayılır. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bu qadağanı sentyabrda tətbiq edib. İdarədə güman edirlər ki, "Kasperski Lab"ın proqram məhsulları ölkənin milli təhlükəsizliyinə ziyan vura bilər.

Öz növbəsində, "Kasperski Lab"dan bildiriblər ki, şirkətin heç bir kibercasusluğa adiyyəti yoxdur.

Şirkət dekabrın 7-də Vaşinqtondakı ofisini bağladığını elan edib.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.