Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_google.jpg
“Google” şirkəti “Datally” proqramını təqdim edib. Yeni proqram smartfonda trafikə qənaət etməyə kömək göstərəcək. Bu proqramı “Google Play” mağazasından ödənişsiz yükləmək mümkünd
ür.

 Azərtac “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, “Datally” məlumatların ötürülməsini bütün proqramlar üçün bloklayan və ya bunu seçmə üsulu ilə edən “data saver” funksiyasıdır. Proqram bu funksiyaları anlaşılan və rahat interfeysdə – smartfonda mobil məlumatların “idarəetmə mərkəzi”ndə birləşdirir. “Datally” istifadəçi tərəfindən trafikin istifadə xüsusiyyətlərini təhlil edir.

Proqramın gələcək versiyalarına mobil rabitə operatorunun balansının monitorinqi və mobil məlumatlardan həddindən artıq istifadə haqqında xəbərdarlıq əlavə olunacaq.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.