Xəbər lenti

instaqram.jpg
“Instagram” istifadəçiləri digər insanların şəkil və yazılarını paylaşa biləcəklər.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, test rejimində bir çoxları əlavədə bu funksiyanı müşahidə ediblər.

Bundan öncə insanlar yazıları öz divarlarında dərc edə bilmirdilər. Bunun üçün bir neçə əməliyyat etmək lazım gəlirdi. Digər şəkil və videonu dərc etmək üçün istifadəçi gərək onu öz cihazına yükləyər, sonra isə şəxsi səhifəsində dərc edərdi. İstifadəçilər bu çətinliklərdən şikayətlənirdi. Artıq “Instagram” repost, yəni öz səhifəndə paylaşmaq funksiyasını yaratmaq qərarına gəlib.

Test rejimində “Regam” düyməsi yaradılıb ki, bununla da bir toxunuşla digər istifadəçinin yazısını paylaşmaq mümkün olacaq. Test rejimində əlavədə GİF materiallar, həmçinin müvəqqəti şəkilləri bir albomda qruplaşdırmaq mümkün olub.

Qeyd edək ki, istifadəçilər ayrı-ayrı qruplara dostlar əlavə edə biləcəklər. Sonradan isə “WhatsApp” messencerinin köməyi ilə şəkilləri bölüşəcəklər. Yenilənmənin tam versiyasının nə zaman işə düşəcəyi barədə hələlik məlumat yoxdur.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.