Xəbər lenti

smartfon.jpg
“Armis Labs” şirkətinin komandası yeni təhlükəli virus aşkar etdiyini bildirib.

 İKT.lent.az-ın “iLenta.com” saytına istinadən verdiyi məlumata görə, bu virus smartfonu cəmi 10 saniyəyə sıradan çıxara bilir.

Ziyanverici virus “BlueBorne” adlandırılıb. Mütəxəssislərin sözlərinə görə, o, bu günlərdə şəbəkədə tüğyan edən “WannaCry” virusu qədər təhlükəlidir.

“BlueBorne” “Bluetooth” vasitəsilə təsir göstərir. Əgər istifadəçinin smartfonunda “Bluetooth” söndürülməyibsə, o zaman virusa yoluxma müddəti 10 saniyəyə qədər təşkil edə bilər. Ziyanverici anidən təsir edir və sərbəst olaraq ətrafındakı cihazlara da yayılaraq genişlənə bilir.

Artıq məlumdur ki, iOS 10 və daha yuxarı əməliyyat sistemləri ilə işləyən “Apple” şirkətinin cihazları virusa yoluxmurlar. “Microsoft” şirkəti də iyul ayında “Windows” əməliyyat sistemi üçün yenilənməni istifadəyə verib. “Google” isə cihazlarını avqustda yeniləyib.

Mütəxəssislər bildirirlər ki, hazırda təhlükədə olan cihazlar əsasən “Linux” əməliyyat sistemi ilə işləyən cihazlardır.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.