Xəbər lenti

cayyys.jpg"Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir". Modern.az saytı xəbər verir ki, "Report"un Türkiyə KİV-nə istinadən məlumatına görə, bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib.

Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir. Amma tərkibi bilinməyən bitkilər istifadədən əvvəl mütləq araşdırılmalıdır: "Havaların soyuq keçdiyi qış aylarında xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək vacibdir. Bu baxımdan cökə çayı, zəncəfil, adaçayı, itburnu kimi bitki çayları çox faydalıdır. Ancaq bitki çaylarından gözlənilən faydanı əldə etmək üçün məlumatlı şəkildə hazırlanmalıdır. Haradan toplandığı bilinməyən, açıqda satılan və məlumatsız şəkildə hazırlanan bitki çayları faydadan çox, zərər verir".

Ə.Yeşilada deyib ki, düzgün şəkildə dəmlənmiş bitki çayları ilə immuniteti gücləndiurmək olar: "Həmin bitkilərin dəmlənməsindən 2-3 fincan qəbul etməklə orqanizmin məruz qaldığı bakteriyalara qarşı immuniteti gücləndirmək mümkündür".

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.