Xəbər lenti

000666777.jpg
Sosial şəbəkələrdə paylaşılan bir video sosial şəbəkə istifadəçilərini heyərtləndirib. İzləyən hər kəs vidodakı balacanın qəhrəmanlığından danışır.

 Sözügedən video ABŞ-da lentə alınıb. Videodan aydın görünür ki, ikiazyaşlı əkiz oğlanlar evdə təkdirlər. Əkizlər oynayarkən ehtiyatsızlıq edərək otaqdakı paltar şkafını aşırırlar. Qardaşların bir tayı şkafın altından xilas ola bilsə də, digəri şkafın altında qalır, nə qədər çalışsa da oradan çıxa bilmir. Qardaşının köməyinə əkizlərin ikinci tayı yetişir. Qardaşının düşdüyü vəziyyətə bir neçə saniyə tamaşa edən balaca daha sonra əkiz tayını xilas etməyı çalışır. O, əvvəlcə şkafı qaldırmağa çalışır, ancaq ağır olduğunu görüb dərhal bu fikrindən vaz keçir. Ancaq bu onu ruhdan salmır və çevikliklə şkafı kənara itələməyə başlayır. Beləcə paltar şkafını kənara itələyərək qardaşının üzərindən kənarlaşdıran iki yaşlı balaca əkiz tayının həyatını xilas etməyi bacarır.

Qeyd edək ki, video görüntü sosial şəbəkədə əkizlərin ailəsi tərəfindən yayımlanıb. Ailə bildirib ki, ananın evin ikinci mərtəbəsində olduğu zaman iki yaşındakı Brok Şoff əkiz qardaşı Boudi ilə birlikdə otağında oyun oynadığı zaman şkaf Brokun üstünə aşıb. Əkiz qardaşını şkafın altından xilas edən Bowdyinin qəhrəmanlığını evdəki kamera qeydə alıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.