Xəbər lenti

corcil.jpgDeyilənə görə, SSRİ lideri İosif Stalinlə Böyük Britaniyanın Baş naziri Uinston Çörçill bir-birilərini bəyənməyiblər.

Axar.az Nicbar.ru-ya istinadla xəbər verir ki, buna baxmayaraq, 1943-cü ildə onlar Tehranda bir araya gələrkən şəxsi münasibətləri qətiyyən hiss olunmur.

SSRİ səfirliyndə nahar zamanı Stalin Çörçillin hansı konyakdan istifadə etdiyi ilə maraqlanır:

- Əlbəttə, əsl Hennessi, - Çörcill cavab verir.

Stalin deyir ki, əlbəttə, ona “Hennessi” də təklif edə bilər:

- Ancaq gürcü konyakı “Eniseli” daha məsləhətlidir.

Çörçill bu durumdan olduqca təəccüblənir:

- Bu necə Gürcüstanın ola bilər ki, onun adı elə Fransada məkan adı ilə bağlıdır?

- Siz gürcü konyakından dadın, ümid edirəm ki, bəyənəcəksiniz, – Stalin təmkinlə deyir.

Çörçill razılaşır və həmin konyakdan bir qurtum aldıqdan sonra təəccüblənir:

- Heç vaxt bundan gözəlini içməmişəm.

Stalin gülür:

- Bəyəndiniz? Söz verirəm ki, ömrünüzün sonuna qədər “Eniseli” içmək imkanınız olacaq.

Stalin sözünü tutur.

Çörçill çox yaşayır (1965-ci ilə qədər, 91 yaş). Bəlkə də ona görə çox yaşayır ki, daimi olaraq SSRİ-dən göndərilən “Eniseli”dən hər gün içirdi...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.