Xəbər lenti

kxcp1.jpg
KXCP -Nərimanov rayon şöbəsinin NTK üzvü Hüseyn Həsənlinin naməlum şəxslər tərəfindən oğurlanması xəbərindən sonra məlum olub ki, KXCP üzvü həbs edilib.

Sozcu.az xəbər verir ki, bu haqda KXCP İdarə Heyyətinin üzvü Xəzər Teyyublu yazaraq məlumat verib

"Dostlar, xəbər verdiyimiz kimi KXCP - çi Hüseyn Həsənlidən kiçik də olsa xəbər əldə etdik. Hüseyn bəyi 27 yanvar 2018 tarixdə Nərimanov rayon ərazisində Aga Nemətulla küçəsi yaxınlığında axşam saat 11 radələlərində küçədə evə gedərkən tutublar . Dünən bazar günü olmasına baxmayaraq Nərimanov məhkəməsinə gətirilib .Orda nə qərar olub bilinmir. Telefonu söndürülüb heç kəslə əlaqə saxlamağa qoymurlar. Ailəsi məlumatsızlıqdan stress içərisindədir".

P.S. Məlumat üçün bildirək ki, bu hadisədən sonra Hüseyn Həsənlinin feysbuk hesabı dondurulub.

Elşən Əlisoy 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.