Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_001.jpg
"Borçalı" Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi.

 Sözcu.az xəbər verir ki,"Dünya Azərbaycanlılarının Həmrəylik günü" ərəfəsində dekabrın 25-də Bakının "Xudafərin" Şadlıq Sarayında "Borçalı" İctimai Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi Gürcüstan Türkllərinin Həmrəylik Bayram mərasimi keçirilib. Borçalı Elinin ağsaqqalları Zahid Ələmpaşalı və Osman Əhmədoğlunun xeyir duasından sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb. Aparıcının Həmrəylik Bayramının önəmi haqda qısa çıxışlarından sonra giriş nitqi ilə "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq mərasim iştirakçılarını təbrik etdikdən sonra Azərbaycan- Gürcüstan münasibətlərdə Borçalı Cəmiyyətinin hər zaman konstruktiv mövqeyinə işarə edərək bu prinsipin heç zaman dəyişməyəcəyini bildirib və Gürcüstan hökumətinin də son zamanlar Borçalı Cəmiyyətinə qarşı qeyri-məntiqi yanaşmasının tezliklə dəyişəcəyinə ümidvar olduğunu ifadə edib. Z.Məmmədli son günlər işıq üzü görən Borçalı Dastanı kitabını da iştirakçılara təqdim edib.

Sonra ötən ilin sonuclarına görə mükafatlandırma mərasimi başlanıb. Öncə akademik Zahid Xəlilov adına Türklüyə Xidmət Mükafatları sahibləri - tanınmış şairimiz Ramiz Rövşən, Türkiyə Cumhuriyyətinin Akraba topluluqlar komitəsinin sədr müavini Sayit Yusuf, tanınmış idmançı Zabit Səmədova təqdim edilib. Təqdimat zamanı şair Ramiz Rövşən, Zabit Səmədovun atası Mübariz Səmədov çıxış edərək mərasim iştirakçılarına öz düşüncələrini paylaşıblar. Sayit Yusufun mərasimə ünvanladığı təbrik və təşəkkür məkbuti oxunub.
İlin Şərəf medalı nominasiyasına Gürcüstandan olimpiya çempionu Kəmalə Məmmədova, Türkiyədən tanınmış jurnalist Ömür Ləkəsiz, rejissor Atilla Bayramoğlu, Hakan Kılıc, cərrah Faiq Orucoğlu, müğənni Xəlil Qaraçöp, tarixçi Cavid Mövsümlü, yazıçı Nəriman Əbdürrəhmanlı layiq görüldülər. Güney Azərbaycandan mərasimə qatılan elmi simalar Əli Xalxali, Seyid Məhəmməd Çavuşian, Əşrəf Bozçalu, İsfəndiyar Sepehrian, Məhəmməd Komicani, İsfəndiyar Hacilu, Ruhəngiz Mahvi və Əmni Rəufa, eləcə də Türkiyədən professor doktor Ahmet Buran və tanınmış jurnalist Yusif Ziya Comerte xüsusi təşəkkürnamələr təqdim olunub. Təqdimat zamanı mükafat sahibləri Borçalı Cəmiyyətinə təşəkkür edərək mərüsim iştirakçıları ilə öz düşüncələrini bölüşüblər. Mərasimdə son zamanlar Türkiyə futbol çempionatında uğurlar qazanan "Kars36 spor" komandasının sahibi Muhərrəm Yıldıza Cəmiyyət" adından xüsusi kubok da təqdim edilib. Tanınmış saz ustaları Güney Azərbaycandan Aşıq Böyükağa Piroğlu və Aşıq Cəbrayılın, Gürcüstandan Nargilə Mehdiyevanın, Azərbaycandan Aşıq Termeyxan və Cahangir Quliyevin çıxışları maraqla qarşılanıb. Müğənni Xəlil Qaraçöp, Şuşa Elat Muğam Üçlüyü və Xudafərin ansamblının ifaları ilə mərasim davam edib.
Mərasimin sonunda "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tədbir iştirakçılarını və millətimizi bir daha təbrik edərək Cəmiyyətin gələcək fəaliyyətində öz dəyişməz prinsiplərinə daim sadiq qalacağı haqda mesaj verdi. Mərasim Yallı sədaları və Müxəmməs havası ilə sona çatıb.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_002.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_003.jpg

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.