Xəbər lenti

ezizorucob.jpg
Dekabrın 15-də “Kanal 13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun məhkəmə prosesi davam edib. Prosesdə Əziz Orucov son sözlə çıxış edib. Bildirib ki, ittihamların heç bir əsası yoxdur. O anasına ona verdiyi tərbiyəyə görə təşəkkür edib. İcraçı direktorun vəkilləri Cavad Cavadlı və Əlibaba Rzayev müdafiə nitqi ilə çıxış ediblər. Onlar da bəraət verilməsini istəyiblər və ittihamların düzgün olmadığını deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən Ə. Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrum edilib. Pokuror Ramin Nağdəliyev Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ə.Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Orucov ittihamları qəbul etmir.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.