Xəbər lenti

slamteskilati.jpg
Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir.

APA-nın Türkiyə bürosunun məlumatına görə, ilk olaraq, İTƏ-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub. Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.

Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin Yerusəlimə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.