Xəbər lenti

natooa.jpgAzərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Birgə əməliyyat və qiymətləndirmə” mövzusunda təlim kursu keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasda keçirilən tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prossesi”, “Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanılması və təhlili” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.

Dekabrın 8-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.