Xəbər lenti

akifnagi.jpg
(QAT) sədri Akif Nağı beynəlxalq konfransda iştirak etmək üçün Tehrana yola düşüb.

QAT-ın mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, səfərdə onunla birlikdə təşkilat sədrinin mənəvi dəyərlər üzrə müşaviri Əfqan Muradov da iştirak edir. “Əhli-Beyt sevənlər və təfriqəçilik” mövzusunda keçirilən beynəlxalq konfransda İranla yanaşı dünyanın 100-dən artıq ölkəsindən, o cümlədən Azərbaycandan ictimai, siyasi xadimlərin, alimlərin, ekspertlərin qatılması nəzərdə tutulur.

QAT sədri Akif Nağı bildirib: “İslam dünyasının birliyinə, həmrəyliyinə nail olunması üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var. İslam həmrəyliyi Dağlıq Qarabağ məsələsinin ədalətli həllində də vacib rol oynaya bilər. Biz konfrans iştirakçılarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə, erməni vəhşiliklərinə cəlb etməyi, İŞİD kimi cinayətkar qrupla erməni faşizmi arasında heç bir fərqin olmadığını göstərməyi düşünürük. İslam dünyası İŞİD təhlükəsinə qarşı olduğu kimi, erməni faşizmini dəf etmək üçün də bir araya gəlməlidir”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.