Xəbər lenti

ataturk12.jpg
Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 94-ci ildönümüdür.

Sozcu.az xəbər verir ki, 1923-cü il oktyabr ayının 29-da Qazi Mustafa Kamal  və onun silahdaşları Şərqdə yeni, modern bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğunu elan ediblər.
Lakin,bu yol çox keşmekeşli,ağır olub.Belə ki,1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər.

Ancaq Osmanlı ordusunun yüksək Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verib. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanıb. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayıblar. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilib. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatdı. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunub. Oktyabrın 29-da isə Böyük Millət Məclisində (TBMM) Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınıb. 1934-cü ildə TBMM Mustafa Kamala “Atatürk” soyadını verib.
   Cumhuriyyət günün kutlu olsun,Türkiyə!

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.