Xəbər lenti

qadindustaq.jpg
Cinayət Məcəlləsinin 121-ci maddəsinə (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) azadlığın məhdudlaşdırılması əlavə edilib.

 Sozcu.az  xəbər verir ki, 121-ci maddənin sanksiyasında "üç" sözündən əvvəl "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.

Təklif olunan mətndə deyilir ki, ananın yeni doğduğu uşağı, doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud mətndə isə göstərilir ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.