Xəbər lenti

byraqqq18.jpg18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 26 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir. Yerdə qalanların böyük əksəriyyəti sessiyaya qatılmır, az sayda deputat isə səsvermədə bitərəf qalır.

«Demokratik Azərbaycan» blokunun təklifi ilə səsvermə adbaad keçirilib. Müstəqillik Aktının əleyhinə bir nəfər də səs verməyib.

Konstitusiya Aktında deyilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda bu məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i referendumda iştirak edərək ölkənin müstəqilliyinə səs verir.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr-Müstəqillik Günü, 12 noyabr-Konstitusiya Günü, 17 noyabr-Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.


Azərbaycanı müstəqilliyə aparan hadisələr və Ali Sovetdə Dövlət Müstəqilliy haqqında Konstitusiya Aktının Qəbul edildiyi gün çəkilən şəkillər. Şəkilləri həmin dövrün fəallarının şəxsi arxivindən almışıq.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.