Xəbər lenti

refsancan.jpgİranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

***

20:11

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib, vəziyyətinin normal olduğunu qeyd edib.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.