Xəbər lenti

mau.jpgPortuqaliyanın sabiq Prezidenti və Baş naziri Mariu Suariş şənbə günü 92 yaşında vəfat edib.

AZƏRTAC bildirir ki, sabiq Prezident dekabr ayında xəstəxanaya yerləşdirilmişdi və dərin koma vəziyyətində idi.

Portuqaliya Sosialist Partiyasının banisi Mariu Suariş iki dəfə Baş nazir vəzifəsində işləyib, 1986-cı ildən 1996-cı ilədək ölkənin Prezidenti olub. Dövlət başçısı vəzifəsindən getdikdən sonra o, 1999-2004-cü illərdə Portuqaliyanı Avropa Parlamentində təmsil edib. 2006-cı ildə sosialistlər tərəfindən yenidən prezidentliyə namizədliyi irəli sürülsə də, seçkilərdə uduzub.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.