Xəbər lenti

ateskesss.jpgMüdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 65 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara və Kəmərli kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərinin və Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Son günlər isə artıq cəbhə xəbərlərində yenidən insan tələfatından da bəhs edilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

 

Bölmənin digər xəbərləri

25 Sentyabr 2017 Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib - FOTO
23 Sentyabr 2017 Ermənilər mövqelərimizi atəşə tutdu
21 Sentyabr 2017 Düşmən minaatanlarla atəş açdı... - Müdafiə Nazirliyi xəbər yaydı
18 Sentyabr 2017 Azərbaycan-Türkiyə hərbi təlimləri başladı - Foto
17 Sentyabr 2017 İlham Əliyev və Mehriban Əliyeva ABŞ-a getdi
17 Sentyabr 2017 Mosulda partlayış: 15 ölü, 23 yaralı
15 Sentyabr 2017 Bakının işğaldan azad olunmasından 99 il ötür
13 Sentyabr 2017 Mehman Əliyevin iştirakı ilə keçiləcək toplantıya dəvət...
11 Sentyabr 2017 Deputatlar Milli Məclisdə sabahkı iclasa çağrıldılar
10 Sentyabr 2017 Azərbaycanda zəlzələ olub
08 Sentyabr 2017 Dünəndən Yerdə son illərin ən güclü geomaqnit qasırğası başlayıb
07 Sentyabr 2017 Lütfi Zadə harada dəfn olunacaq? - Vəsiyyəti
04 Sentyabr 2017 Cəbhə bölgəsində gərginlik davam edir
02 Sentyabr 2017 Müdafiə Nazirliyindən Ermənistan xüsusi xidmət orqanlarının təxribatı ilə bağlı açıqlama
27 Avqust 2017 Azərbaycanda silah anbarında güclü partlayış - Foto/Video
27 Avqust 2017 Azərbaycanda hərbi hissədə partlayış olub - Rəsmi
25 Avqust 2017 Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib
18 Avqust 2017 Ermənilər ərazilərimizi atəşə tutub
17 Avqust 2017 Saakaşvili Ukraynaya qayıdacağı günü açıqladı
16 Avqust 2017 "Turan" Agentliyində axtarış aparıldı -VİDEO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.