Xəbər lenti

mehmannus.jpgBu gün bloqqer Mehman Hüseynova qarşı təxribat törədilib. Bloqqer evdən çıxandan naməlum adamlar tərəfindən izlənildiyini hiss edib.

O, bərbərə gedib, orda yenə həmin adamların ətrafda gəzdiyini görüb. Salondan çıxanda onu izləyən adamlardan biri yaxınlaşıb Mehman Hüseynova möhkəm çiyin vurub və qolundan tutub, dava salmaq istəyib. Bu zaman, o, əllərindən çıxıb, qaçıb.

Mehman Hüseynov ehtimal edir ki, ona qarşı Seymur Heziyə olan xuliqanlıq işindən tikmək istəyirlər. O deyir ki, başına nə iş gəlsə, arxasında villalarını çəkib, göstərdiyi nazirlərdir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.